28.02.2025 13:58
Tarix və Etnologiya İnstitutunun əməkdaşları beynəlxalq elmi konfransda çıxış ediblər
Bakı Dövlət Universitetinin Tarix fakültəsinin təşkilatçılığı ilə “Dünya azərbaycanlıları: tarix və müasirlik” mövzusunda V beynəlxalq elmi konfrans keçirilib. Konfransda AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Qafqaz tarixi şöbəsinin müdiri, tarix elmlər doktoru, professor Qasım Hacıyev “Cənubi Qafqazda dövlətçilik və mədəniyyət ənənələrinin yaranması və inkişafında Azərbaycan xalqının rolu” mözvusunda, şöbənin baş mütəxəssisi Günay Əliyeva isə “Azərbaycan Xalq Cümhuriyyəti dövründə Naxçıvan məsələsi: Naxçıvan general-qubernatorluğu” mövzusunda çıxış ediblər, sualları cavablandırıblar.
Konfransda yerli alimlərlə yanaşı, Türkiyə, Ukrayna, Gürcüstan, Polşa və digər ölkə mütəxəssisləri iştirak edib. Tədbirdə çıxışçılar ərazi, əhali, tarixi-demoqrafiya problemlərinə, o cümlədən köçlər, soyqırımlar və s. mövzulara xüsusi diqqət yetiriblər. Konfransda Qarabağda quruculuq prosesi, Qərbi Azərbaycanın tarixi, siyasi və etno-demoqrafik proseslər elmi müstəvidə müzakirə edilib.