01.03.2025 15:36
28 fevral 2025-ci il tarixində AMEA A.A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda “Erməni-müsəlman qarşıdurmasının səbəbləri, başlanğıcı, gedişi və nəticələri – 120” mövzusunda dəyirmi masa keçirilib.
İnstitutun elmi işlər üzrə direktor müavini, tarix elmlər doktoru İlqar Niftəliyev XX əsrin əvvəllərində Cənubi Qafqazda, Azərbaycanda ümumi siyasi, sosial və iqtisadi vəziyyət haqqında məlumat verib, çar hökumətinin etnik-dini siyasətinin mahiyyətini izah edib.
“Şimali Azərbaycanın XIX-XX əsrin əvvəlləri tarixi” şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, professor Hacı Həsənov “Milli qırğınlar Rusiya imperiyasının milli-müstəmləkə siyasətinin tərkib hissəsi kimi” adlı məruzə çərçivəsində 1905-1906-cı illərdə Cənubi Qafqazda çarizmin milli-müstəmləkə siyasətini təhlilini aparıb.
Tədbirdə “Qərbi Azərbaycan tarixi” şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa “Şimali Azərbaycanda 1905-1906-cı illərdə baş vermiş milli toqquşmaların səbəbləri, gedişi və nəticələri”, “Şimali Azərbaycanın XIX-XX əsrin əvvəlləri tarixi” şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Ramil Niftəliyev “1905-1907-ci illərdə baş vermiş erməni-müsəlman toqquşmaları barəsində bəzi yeni arxiv məlumatları” adlı məruzə ilə çıxış ediblər.