AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Tarix və Etnologiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin məlumatı:

12.03.2025 17:45

Məhkəməyə müraciət ediləcəkdir

“Dogruxeber.az (Azərbaycan informasiya portalı)” adlı portalda AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutu haqqında həqiqəti əks etdirməyən yazı verilib. İş o yerə çatıb ki, yazıda institut “korrupsiya halları”nda ittiham olunub. Yazının sonunda göstərilib ki, “Yuxarıda qeyd olunan məlumatlarla bağlı rəhbərliyin mövqeyini öyrənmək cəhdlərimiz təəssüf ki, uğursuz oldu”. Bildirmək istəyirik ki, bu sayt tərəfindən instituta heç bir rəsmi müraciət edilməyib.

Yazıdakı bu və digər böhtan dolu məqamlar nəzərə alınaraq, “Dogruxeber.az” barədə məhkəməyə müraciət ediləcəkdir.

Paylaş: