AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

13 mart 2025-ci il tarixində Azərbaycan Milli Elmlər Akademiyası A.A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutu nəzdində fəaliyyət göstərən BED 1.30/1 saylı Birdəfəlik Dissertasiya Şurasının iclası keçirilib.

14.03.2025 10:24

Vüsalə Asif qızı Şərifovanın 5507.01 – “Beynəlxalq münasibətlər tarixi” ixtisasında tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Mədəni irsin qorunması, bərpası və təbliğində Azərbaycan Respublikasının beynəlxalq əməkdaşlığı (1991-2019)” mövzusunda və Yaqut Yaqub qızı Məmmədovanın 5507.01 – “Beynəlxalq münasibətlər tarixi” ixtisasında tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün Azərbaycan Respublikasının Rusiya Federasiyası ilə mədəni əlaqələri (1991-2013)” mövzusunda təqdim etdikləri dissertasiya işinin müdafiəsi keçirilib.

Müdafiədə Dissertasiya şurasının üzvlərindən başqa opponentlər, rəyçilər və digər qonaqlar iştirak etmişdir. İddiaçılar uğurla müdafiə etdi və təqdim etdkləri dissertasiya işləri Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının verdiyi bütün tələblərə cavab verdiyi üçün Dissertasiya şurası tərəfindən yüksək qiymətləndirildi.

_________________

İctimaiyyətlə əlaqələr şöbəsi

info.tarixinstitutu@gmail.com

☎️ +994 70 253 75 93

© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir

 

Paylaş: