AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Tarix və Etnologiya institutunda mart soyqırımı qurbanlarının xatirəsi anılıb

19.03.2025 11:06

Martın 19 – da Tarix və Etnologiya institutunda 31 mart soyqırımına həsr olunmuş dəyirmi masa təşkil edilib. Anım tədbirində soyqırımı qurbanlarının xatirələri bir dəqiqəlik sükutla yad edilib

Tədbiri giriş sözü ilə açan institutun elmi işlər üzrə direktor müavini tarix elmləri doktoru,dosent İlqar Niftəliyev 31 mart soyqırımının xalqımızın tarixinə faciəli səhifələrdən biri kimi daxil olmasından, soyqırımın ağır nəticələrindən danışıb və ermənilərin xalqımıza qarşı yürütdüyü düşmənçilik siyasətinin kökü, tarixi barədə ətraflı məlumatlar verilərək mənfur qonşularımızın törətdikləri qırğınların və qətliamların ağır nəticələri bir daha xatırladıb. Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğının xalqımızın tarixinə qanlı hərflərlə yazıldığını bildirdi. Hər il Azərbaycan xalqı 31 mart Soyqırımını qeyd etməklə, bir daha tarixi keçmişə qayıdır və soyqırım qurbanlarının xatirəsini ehtiramla anır.

Daha sonra tədbir iştirakçıları azərbaycanlılara qarşı həyata keçirilmiş soyqırımı siyasətinin tarixi kökləri haqqında geniş məzmunlu çıxışlar ediblər.Tarix heç zaman unudulmur, həm də yazıldığın bildirdilər.

______________________

İctimaiyyətlə əlaqələr şöbəsi

info.tarixinstitutu@gmail.com

☎️ +994 70 253 75 93

© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir

 

Paylaş: