AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Azərbaycan milli tarix elminə ağır itki üz verib

29.11.2018 13:52

Azərbaycan və Ön Asiya regionu ölkələri XX əsr beynəlxalq münasibətlər tarixinin görkəmli tədqiqatçısı, tanınmış diplomat, AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun “Beynəlxalq münasibətlər tarixi” şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru, professor, Beynəlxalq Siyasi Elmlər Akademiyasının üzvü Həsən Cahangir oğlu Əlibəyli 28 noyabr 2018-ci ildə 83 yaşında vəfat etmişdir.

Tarix İnstitutu adından görkəmli alim Həsən Əlibəylininin vəfatından kədərləndiyimizi bildirir, mərhumun ailəsinə, bütün yaxınlarına və doğmalarına dərin hüznlə başsağlığı veririk. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.tarixinstitutu.az saytına istinad zəruridir.

Paylaş: