26.05.2025 15:25
Hörmətli həmkarlar, 2025-ci ilin iyun ayının 23-də “Səfəvi-Osmanlı qarşıdurmasından dinc inkişafa keçidin təminatçısı” (Amasya sülhünün 470 illiyinə həsr olunur) mövzusunda Respublika elmi konfransı keçiriləcək.
Konfransın istiqamətləri:
Azərbaycan Səfəvi dövlətinin tarixinin başlıca qaynaqları
Azərbaycan Səfəvi dövlətinin sosial-iqtisadi tarixi
XVI əsrdə Səfəvi-Osmanlı münasibətləri
Azərbaycan Səfəvi dövlətinin siyasi tarixi məsələləri
Səfəvilər dövrü Azərbaycan mədəniyyəti
Konfransın işçi dilləri: Azərbaycan, ingilis, rus.
Konfransın formatı: əyani
Tezislərin göndərilməsinin son tarixi – 31 may 2025-ci il
Konfrans tezislərinin tərtibinə qoyulan tələblər:
Kağız ölçüsü – A4
Boş sahə - hər tərəfdən 2 sm
Şrift – Times New Roman
Şrift ölçüsü – 12
Sətirarası məsafə (interval) - 1,15 sm
Tezisin həcmi – 2-4 min işarə.
Tezisin adı – ortadan, böyük hərflə, qalın şrift.
Müəllifin:
Adı, soyadı, atasının adı – ortadan, qalın şriftlə.
Yeri: şəhər, ölkə - ortadan kursivlə.
E-poçt ünvanı – ortadan kursivlə.
Açar sözlər (3-5 söz) – Azərbaycan (ingilis və ya rus) dilində.
Tezislər aşağıdakı e-poçt ünvanlarına göndərilsin:
tarix.konfrans@mail.ru