30.05.2025 09:25
Ramiz Hüseyn oğlu Nəcəflinin 5509.01-Tarixşünaslıq, mənbəşünaslıq və tarixi tədqiqat üsulları ixtisası üzrə tarix elm sahəsi üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Kəlbəcər tarix-diyarşünaslıq muzeyinin materialları Azərbaycan tarixinin öyrənmək üçün mənbə kimi” və Könül Ramiz qızı Hüseynovanın 5509.01-Tartixşünaslı, mənbəşünaslıq və tarixi tədqiqat üsulları ixtisası üzrə tarix elm sahəsi üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Qarabağ probleminin tarixşünaslığı” mövzusunda dissertasiya işlərinin müdafiəsi təşkil olunub.
Müdafiədə Dissertasiya şurasının üzvlərindən başqa opponentlər, rəyçilər və digər qonaqlar iştirak etmişdir. İddiaçılar uğurla müdafiə etdi və təqdim etdkləri dissertasiya işləri Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının verdiyi bütün tələblərə cavab verdiyi üçün Dissertasiya şurası tərəfindən yüksək qiymətləndirildi.
_________________
İctimaiyyətlə əlaqələr şöbəsi
info.tarixinstitutu@gmail.com
+994 70 253 75 93
© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir