AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

“Gəncədən başlayan dövlətçilik salnaməsi”

30.05.2025 09:43

27 may 2025-ci il tarixində Azərbaycan Milli Elmlər Akademiyası Gəncə Bölməsinin Diyarşünaslıq İnstitutunun təşkilatçılığı ilə “Gəncədən başlayan dövlətçilik salnaməsi” mövzusunda respublika elmi konfransı keçirilib. Konfransın plenar iclasında AMEA A.A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun əməkdaşları elmi məruzələrlə çıxış ediblər.

“Tarixin nəzəriyyəsi, mənbəşünaslıq və tarixşünaslıq” şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Pərvin Əhənçi “Arxiv sənədlərində yaşayan milli və dini kimlik: Cənubi Qafqaz müsəlman ilahiyyat irsinin Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən xilası (XIX əsrin sonu – XX əsrin əvvəlləri)” adlı məruzəsi ilə çıxış edib.

“Azərbaycan Respublikasının tarixi” şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Nigar Axundova “Azərbaycan Demokratik Respublikasının Azərbaycan tarixində rolu (ali məktəblər üçün mühazirələrdən)” mövzusunda məruzə söyləyib.

İnstitutun əyani doktorantları Şəbnəm Rüstəmova “Səfəvilər dövründə Qərbi Azərbaycanın inzibati ərazi bölgüsü (Osmanlı tapu təhrir dəftərləri əsasında)”, Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) üzvü Dəniz Əsədova “Ağqoyunlu sülaləsinin Azərbaycanlı hökmdarı Uzun Həsən və onun ‘Qanunnaməsi’ adlı məruzələrlə elmi iclasda iştirak etmişdilər.

Konfransın sonunda məruzəçilərə sertifikatlar təqdim olunub, ümumilikdə üç bölmə üzrə dinlənilmiş 50-yə yaxın məruzənin toplu şəklində nəşr olunması qərara alınıb.

_________________

İctimaiyyətlə əlaqələr şöbəsi

info.tarixinstitutu@gmail.com

☎️ +994 70 253 75 93

© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir

 

Paylaş: