AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Qarabağ müharibəsi geosiyasi və tarixi kontekst

02.06.2025 12:44

AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun “Qarabağ müharibəsinin tarixi və Böyük Qayıdış hərəkatı” şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Ədalət Mustafayevin “Qarabağ müharibəsi: Geosiyasi və tarixi kontekst” adlı monoqrafiyası (346 səhifə) nəşr olunub. AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun “Nəşriyyat” şöbəsində nəşr edilən kitabın elmi redaktoru A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun “Qarabağ müharibəsinin tarixi və Böyük Qayıdış hərəkatı” şöbəsinin baş elmi işçisi, tarix elmləri doktoru, dosent Nazim Məmmədov, rəyçiləri “Qafqaz tarixi” şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Qasım Hacıyev, “Qərbi Azərbaycan tarixi” şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Cəbi Bəhramov, “Qarabağ müharibəsinin tarixi və Böyük Qayıdış hərəkatı” böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Rəna Baxışovadır.

Monoqrafiyada XX əsrin sonlarında dünyada baş verən geosiyasi proseslərin keçmiş SSRİ məkanına təsiri, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları, o zamankı sovet rəhbərlərinin ikili siyasəti, erməni silahlı dəstələrinin Qarabağda yerli əhaliyə qarşı qətliamları təhlil edilir, münaqişənin danışıqlar yolu ilə həllində Ermənistanın qeyri-konstruktiv mövqe tutmasının səbəbləri açıqlanır.

Azərbaycan Respublikasının beynəlxalq nüfuzunun artması, informasiya müharibəsində üstünlük qazanması və bölgədə regional gücə çevrilməsindən sonra həyata keçirilən uğurlu hərbi əməliyyatlar sayəsində münaqişənin hərbi-siyasi həll prosesinin başa çatması tarix və geosiyasi kontekstdə araşdırılır.

_________________

İctimaiyyətlə əlaqələr şöbəsi

info.tarixinstitutu@gmail.com

☎️ +994 70 253 75 93

© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir

Paylaş: