02.11.2025 23:24
İsa HƏBİBBƏYLİ
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik,
Akademiya sözü geniş anlayış olub, yunan dilində elm, ali təhsil və incəsənət sahələrini əhatə edən elmi mərkəzlər mənasını bildirir. Akademiya termini qədim Yunanıstanda bizim eradan əvvəl 387-ci ildə Afinada təsis edilmiş dünyanın ilk akademiyası hesab edilən Platon Akademiyasının adı ilə elmi dövriyyəyə daxil olmuşdur. Belə ki, bizim eradan əvvəl IV əsrdə fəaliyyət göstərmiş məşhur Platon Akademiyasında antik yunan filosofları Platon və Aristotelin söhbətlərinin keçirildiyi məkan qədim yunan mifologiyasında yarım allahlardan biri kimi haqqında söz açılan Hekademin adı ilə bağlı olmuşdur. Platon özünün məşhur təhsil müəssisəsini yaradarkən həmin Hakadema meşəliyi adlanan müqəddəs məkanı seçməklə həm də elm və təhsilə dair ideallarının ilahi dərəcədə müqəddəs olduğunu nəzərə çatdırmış və bu ideala axıradək məsuliyyətlə xidmət etmişdir. Həmin yer qədim dövrün təhsilli adamlarının nəzərlərində müqəddəs hesab olunmuşdur.
Platon Akademiyası antik dövrün qədim yunan filosofu Platonun (428-347) rəhbərliyi ilə fəaliyyət göstərmiş ali təhsil müəssisəsi kimi dünyada böyük şöhrət qazanmışdır. Antik dövrün və bəşəriyyətin keçdiyi bütün inkişaf dövrlərinin ən böyük mütəfəkkiri olan Aristotelin (384-322) bu Akademiyada təhsil alması Platon Akademiyasının dünya şöhrəti qazanmasında mühüm rol oynamışdır. Ailə həyatı qurmayan Platon üçün Akademiya təkcə onun özünün yox, bütövlükdə Yunanıstan cəmiyyəti ailəsinin taleyinin əsas hərəkətverici qüvvəsi kimi uca tutulmuşdur.
Sonralar dünyada Akademiyalar daha çox elm adamlarının fəaliyyət göstərdiyi, elmi araşdırmaların və müzakirələrin aparıldığı elmi-tədqiqat müəssisəsi statusu qazanmışdır. Hələ orta əsrlərdən başlayaraq ayrı-ayrı ölkələr özləri Akademiyasını yaratmışlar.
Funksiyalarına görə Elmlər Akademiyaları aşağıdakı kimi bir neçə qrupa ayrılır:
1. Milli Elmlər Akademiyaları (Elmlər Akademiyaları da bu qrupa aiddir)
aiddir)
2. Beynəlxalq Akademik qurumlar (Beynəlxalq Elmi Şura; Akademiyalararası Beynəlxalq Tərəfdaşlıq Akademiyası, Elmlər Akademiyalarının Beynəlxalq Assosiasiyası və s.)
3. Elmlər Akademiyaları Assosiasiyaları (Məsələn, Asiya Elmlər Akademiyaları və Elmi Cəmiyyətləri Assosiasiyası)
4. Sahə üzrə Elmlər Akademiyaları (Tibb Akademiyası, Mühəndislik Akademiyası, Pedaqoji Elmlər Akademiyası və s.)
5. Elm və Təhsil sahələrini birgə əhatə edən Akademiyalar (Amerika İncəsənət və Elmlər Akademiyası, Rusiya İncəsənət Akademiyası və s.)
6. Elm və İncəsənət Akademiyaları (hazırda Avropa ölkələrinin əksəriyyətinin Elmlər Akademiyaları belə adlanır)
7. Elm və Texnologiya Akademiyaları (Asiya ölkələrində Akademiyalar üçün bu format qəbul edilmişdir).
8. İnstitut adlandırılan elmi-tədqiqat xarakterli Akademik qurumlar (Amerika Standartlar və Texnologiyalar İnstitutu).
9. Universitetlərin tərkibində fəaliyyət göstərən Akademiya tipli elmi qurumlar.
10. Kral Akademiyaları (Britaniya)
11. Papa Akademiyası (Roma)
12. Akademiya tipli elmi cəmiyyətlər
13. Akademiya statusuna malik olan Elmi-Tədqiqat Laboratoriyaları (Məsələn: ABŞ Hərbi Dəniz Elmi-Tədqiqat Laboratoriyası)
13. Gənc Alim və Mütəxəssislərin Akademik təşkilatları (Gənc Alimlərin Beynəlxalq Akademiyası, Almaniya Gənclər Akademiyası və s.)
Keçmiş Sovetlər ittifaqında SSRİ miqyasında və müttəfiq respublikalar üçün bütün elm sahələrini özündə birləşdirən Elmlər Akademiyası formatı qəbul olunmuşdu. Sovet hakimiyyəti illərində Azərbaycan SSR Elmlər Akademiyası kimi fəaliyyətini davam etdirmiş ölkəmizin ali dövlət elmi təşkilatı xalqımızın Ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin 15 may 2001-ci il tarixli Fərmanı ilə Azərbaycan Milli Elmlər Akademiyası statusu qazanmışdır.
Dünyada Akademiyalar müxtəlif adlar ilə fəaliyyət göstərirlər. Amerika Birləşmiş Ştatlarında əsas akademik qurum Milli Elmlər Akademiyası adı ilə fəaliyyətini davam etdirməkdədir. ABŞ Milli Elmlər Akademiyası prezidentinin rəhbərlik etdiyi Elmlər Akademiyasında vitse-prezident vəzifələrini Amerikanın Tibb və Mühəndislik Akademiyalarının prezidentləri yerinə yetirirlər.
Çin Xalq Respublikasında 1949-cu ildə təsis edilmiş Elmlər Akademiyası Milli Elmlər Akademiyası statusunda fəaliyyət göstərir.
Rusiyada Elmlər Akademiyası I Pyotrun 8 fevral 1724-cü il tarixli fərmanı ilə Sankt-Peterburq Elmlər Akademiyası kimi yaradılmışdır. Sonralar Rusiya İmperator Akademiyası, sovet hakimiyyəti illərində isə SSRİ Elmlər Akademiyası adlandırılmışdır. Hazırda bu elmi təşkilat Rusiya Elmlər Akademiyası kimi fəaliyyətini davam etdirir.
İngiltərədə Elmlər Akademiyası Kral Cəmiyyəti adı ilə tanınır. Britaniya Kral Akademiyası da adlandırılan bu akademik elmi təşkilat 1860-cı ildə təsis edilmişdir.
Almaniyada bir neçə Akademik elmi-təşkilati qurum olsa da, Elmlər Akademiyası funksiyasını Alman Elmi-Tədqiqat Fondu həyata keçirir. Ölkədəki əsas elmi-tədqiqat institutları və universitetlər Alman Elmi-Tədqiqat Fondunun üzvləri statusunda fəaliyyət göstərirlər.
Fransada müxtəlif dövrlərdə ayrı-ayrı adlarla yaradılmış Elmlər Akademiyaları hazırda da fərqli adlarla fəaliyyətlərini davam etdirirlər. Lakin Fransada 1795-ci ildə elmi tədqiqat müəssisəsi kimi yaradılmış Fransa İnstitutu əsas elmi təşkilat statusu daşıyır. Fransa İnstitutu ölkədə təsis edilmiş bir neçə akademik qurumları özündə birləşdirir. Belə ki, ondan əvvəl 1635-ci ildə təsis edilmiş Fransa Akademiyası, 1663-cü ildən fəaliyyətə başlamış Fransa Əlyazmaları Akademiyası, 1866-cı ildən fəaliyyət göstərən Fransa Elmlər Akademiyası, 1795-ci ildə yaradılmış Fransa İncəsənət Akademiyası, 1832-ci ildən fəaliyyətini davam etdirən Fransa Siyasi Elmlər və Mənəviyyat Elmləri Akademiyası Fransa İnstitutunun tərkibinə daxildir.
Akademiyası 1935-ci ildə, Yaponiyada Elmlər Akademiyası funksiyasını yerinə yetirən Yaponiya Elmi Şurası və Çin Xalq Respublikasının Elmlər Akademiyası 1949-cu ildə, Koreya XDR Elmlər Akademiyası 1952-ci ildə, Pakistan Elmlər Akademiyası 1953-cü ildə, Avstraliya Elmlər Akademiyası və Cənubi Koreya Elmlər Akademiyası 1954-cü ildə yaradılmışdır. Hazırda Asiya qitəsində İsrail İctimai və Humanitar Elmlər Akademiyası (1961), İordaniya Kral Elmi Cəmiyyəti (1970), Banqladeş Elmlər Akademiyası (1973), Vyetnam Elm və Texnologiya Akademiyası və Vyetnam Sosial Elmlər Akademiyası (1975), Filippin Elm və Texnologiya Akademiyası, Şri Lanka Milli Elmlər Akademiyası (1976), Sinqapur Elmlər Akademiyası (1977), Əfqanıstan Elmlər Akademiyası (1978), Nepal Elmlər Akademiyası (1982), İndoneziya Elmlər Akademiyası (1990), Malaziya Elmlər Akademiyası (1995), Fələstin Elmlər Akademiyası, Tayvan Elmlər Akademiyası (1997), İran İslam Respublikası Elmlər Akademiyası (1998), Kamboca Kral Akademiyası (1999), Livan Elmlər Akademiyası (2007) kimi akademik qurumlar fəaliyyət göstərməkdədir. Asiyada ən böyük Elmlər Akademiyası olan Çin Xalq Respublikasının Elmlər Akademiyasında 64 min əməkdaş çalışır. Şimali Koreya Xalq Demokratik Respublikası Dövlət Elmlər Akademiyasında 50 min, Vyetnam Elmlər Akademiyasında 1800 əməkdaş fəaliyyət göstərir. Elmi-tədqiqat fəaliyyəti ilə məşğul olmayıb, akademik klub funksiyalarını icra edən Nepal Akademiyasının 40, Fillipin Akademiyasının 36, Əfqanıstanın 35 nəfər inzibati vəzifələri yerinə yetirən əməkdaşı vardır.
11. Ümumdünya Elmlər və İncəsənət Akademiyası - VAAS (ABŞ, Napa - 1960).
78 ölkədən 730 nəfər üzvü vardır.
12. Dünya Elmlər Akademiyası - TVAS (İtaliya, Triyest - 1983). Nobel mükafatı laureatı Abdas Salamın iştirakı ilə təsis edilmişdir. 2019-cu ildə 90 ölkədən 1200 nəfər üzvü olmuşdur.
13. Ümumdünya Gənclər Akademiyası - GYA (Almaniya, Qallena - 2010)
14. Latın Amerikası Elmlər Akademiyası (ABŞ, San-Fransisko- 1982).
ön mövqeyə çəkilmişdir. Ona görə də 1993-2003-cü illər elm tariximizə Milli Elmlər Akademiyası quruculuğu mərhələsi kimi daxil olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Respublikasına rəhbərlik etdiyi 2003-cü ildən başlanan mərhələ 2 dövrə ayrılır: 1. Modernləşmə və inkişaf dövrü (2003-2021-ci illər); 2. Yeniləşmə və islahatlar mərhələsi (2022-ci ildən). Hazırda Milli Elmlər Akademiyası Dünya Akademiyaları Cəmiyyətinin bərabərhüquqlu üzvü kimi Azərbaycan elminin milli maraqlarının və bəşəri ideyalarının elmi cəhətdən daşıyıcısı funksiyasını yerinə yetirir. Azərbaycan Milli Elmlər Akademiyası ölkəmizin dövlətçilik mənafelərinə və xalqımızın milli maraqlarına xidmət etmək yollarında uğurla irəliləməkdədir.
Azərbaycan Milli Elmlər Akademiyası aşağıdakı beynəlxalq elmi təşkilatların üzvüdür: Beynəlxalq Türk Akademiyaları Birliyi (Astana), Beynəlxalq Elmi Şura (Paris), Akademiyalararası Beynəlxalq Tərəfdaşlıq Akademiyası (İtaliya, Triyest), Asiya Elmlər Akademiyaları və Elmi Cəmiyyətləri Assosiasiyası (Cənubi Koreya, Seul), Beynəlxalq Elmlər Akademiyaları Assosiasiyası - MAAN (Minsk), Avrasiya Universitetlər Birliyi (İstanbul), Qafqaz Universitetlər Birliyi (İstanbul).
Bundan başqa, Azərbaycan Milli Elmlər Akademiyasının dünyanın adları aşağıda göstərilən ölkələrin Elmlər Akademiyaları ilə qarşılıqlı əməkdaşlıq haqqında müqavilələri vardır: Türkiyə, Çin Xalq Respublikası, Rusiya, İtaliya, Bolqarıstan, Belarusiya, Macarıstan, Ukrayna, Gürcüstan, Litva, Qazaxıstan, Qırğızıstan, Polşa, Rumıniya, Özbəkistan, Tacikistan, Türkmənistan, Monteneqro, Yunanıstan, Pakistan, Vyetnam, Cənubi Koreya, Monqolustan, Misir Ərəb Respublikası, Əlcəzair və s.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 mart 2025-ci il tarixli Sərəncamı ilə 80 illik yubileyi qeyd edilən Azərbaycan Milli Elmlər Akademiyası özündə Elmi Bölmələri və Regional Elmi Mərkəzləri birləşdirən ali dövlət elmi təşkilatıdır.
Hazırda Azərbaycan Milli Elmlər Akademiyasının tərkibində Humanitar Elmlər və İctimai Elmlər, Fizika-Riyaziyyat və Texnika, Kimya, Biologiya və Tibb, Yer Elmləri Bölmələri, Naxçıvan və Gəncə Bölmələri, 16 elmi-tədqiqat institutu, Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, Mərkəzi Elmi Kitabxana, Şəki, Lənkəran və Quba Regional Elmi Mərkəzləri, "Elm" nəşriyyatı fəaliyyətini davam etdirir.
Milli Elmlər Akademiyasında Azərbaycançılıq idealları, ədəbi-tarixi şəxsiyyətlərin yenidən tədqiq edilib dəyərləndirilməsi yollarında mühüm addımlar atılır. Qarabağın və Qərbi Azərbaycanın öyrənilməsi, türkologiyanın ön mövqeyə çıxarılması prioritet istiqamətlərdir. Eyni zamanda XXI əsrin çağırışlarına uyğun olaraq, süni intellekt, rəqəmsal inkişaf, yaşıl transformasiyalar, elektron xidmətlər istiqamətləri akademik elmi dövriyyənin aktual istiqamətlərini təşkil edir. Yeniləşməkdə davam edən Milli Elmlər Akademiyası müstəqil dövlətimizin əsas elmi mərkəzi olaraq, çoxcəhətli elmi-təşkilati fəaliyyətini uğurla davam etdirməklə bərabər, sabahlara doğru inkişaf yollarında yeniləşmə proseslərinin mühüm addımlarını atır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmiz üçün müəyyən etdiyi prioritetlər və hədəflər uğrunda dönmədən irəliyə doğru addımlamaq Milli Elmlər Akademiyasının qayəsini və ana məqsədini təşkil edir.
Elmlər Akademiyasına malik olmaq ölkələrin elmi-texniki və mədəni inkişafının əsas göstəricilərindəndir.
Elmlər Akademiyalarını inkişaf etdirmək ölkənin ümumi inkişafına təkan vermək deməkdir.
Doğma Milli Elmlər Akademiyamız, 80 yaşın mübarək!
21 oktyabr 2025-ci il