02.12.2025 15:25
Bu günlərdə AMEA A.A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda Azərbaycanın etnik, siyasi və mədəni tarixinin müxtəlif dövrlərinə həsr olunan iki monoqrafiya nəşr olunub.
“Azərbaycanın qədim dövr tarixi” şöbəsinin müdiri, tarix elmləri doktoru, dosent Allahverdi Əlimirzəyevin “Urmiya hövzəsi tayfaları Azərbaycanın etnik, siyasi və mədəni tarixində” adlı monoqrafiyasında Urmiya gölü hövzəsinin Ön Asiyanın mühüm dövlətlərinə yaxınlığının əhəmiyyəti, bölgənin minilliklər boyunca mühüm etnik, hərbi-siyasi və mədəni proseslərin mərkəzi olması ətraflı təhlil edilir.
“Qərbi Azərbaycan” şöbəsinin baş elmi işçisi, tarix elmləri doktoru, dosent Elçin Qarayevin “Qərbi Azərbaycan XIX yüzilliyinin ikinci yarısı – XX yüzilliyinin əvvəllərində” adlı monoqrafiyasında isə müxtəlif mənbələr və arxiv materialları əsasında İrəvan quberniyasının siyasi, sosial-iqtisadi və mədəni həyatı geniş şəkildə işıqlandırılır. Hər iki nəşr Azərbaycan tarixinin az tədqiq olunmuş sahələrinə dair yeni elmi yanaşmalar ortaya qoyur və müvafiq istiqamətlər üzrə dəyərli mənbə rolunu oynayır.
______________
İctimaiyyətlə əlaqələr şöbəsi
info.tarixinstitutu@gmail.com
+994 70 253 75 93
© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir