03.12.2025 14:37
02 dekabr 2025-ci il tarixində Qazaxıstan Respublikasının Elm və Ali Təhsil Nazirliyi Çimkent Universitetinin bir qrup alimi AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda qonaq olublar.
İnstitutun direktoru, tarix elmləri doktoru, professor Kərim Şükürov qonaqları salamlayaraq Tarix və Etnologiya İnstitutunun strukturu, fəaliyyət istiqamətləri, elmi nəşrlər və birgə əməkdaşlıq sahəsində qarşıda duran perspektiv haqqında məlumat verib.
Çimkent Universitetinin rektoru Nurlıbek Seytkulov təmsil etdiyi elmi müəssisə haqqında geniş məlumat verərək qarşılıqlı əlaqələrin inkişafına umidvar olduğunu bildirib.
Goruş çərçivəsində Tarix və Etnologiya İnstitutu və Çimkent Universiteti arasında elmi əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb. Memorandumda akademik mobillik proqramlarının həyata keçirilirməsi, elmi-tədqiqat layihələrinin birgə icra olunması və bu layihələr çərçivəsində alimlərin beynəlxalq əməkdaşlığının, təcrübə mübadiləsinin təşkili nəzərdə tutulub.
______________
İctimaiyyətlə əlaqələr şöbəsi
info.tarixinstitutu@gmail.com
+994 70 253 75 93
© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir