AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Qazaxıstanlı alimlər Tarix və Etnologiya İnstitutunun qonağı olublar

05.12.2025 15:00

2-4 dekabr 2025-ci il tarixlərində Qazaxıstanın L. N. Qumilyov adına Avrasiya Milli Universitetinin Siyasətşünaslıq kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru, Kalenova Tengeş Serikbayevna, baş elmi işçi, tarix üzrə fəlsəfə doktoru, Arxeologiya və etnoqrafiya kafedrasının dosenti İbadullayeva Zılıxa Ömirbekovna, baş elmi işçi, tarix üzrə fəlsəfə doktoru, siyasətşünaslıq kafedrasının dosenti Abdrakhmanova Gauhar Satybaldinovna və “Ortağasırlıq Dərəktanu” mərkəzinin elmi işçisi Toleubayev Janibek Zeynolla oğlu AMEA Tarix və Etnologiya İnstitutunun qonağı olublar.

Qazaxıstanlı alimlər “Müasir milli identikliyinin formalaşmasında xalq yaradıcılığının sosial rolunun tədqiqi: mənəvi mədəniyyətin modifikasiyası və rekonstruksiyası” adlı layihə çərçivəsində institutumuzda olublar.

Qonaqları Tarix və Etnologiya İnstitutunun direktoru, tarix elmləri doktoru, professor Kərim Şükürov qarşılıyaraq institut haqqında, aparılan tədqiqatlar, görülən işlər barədə məlumat verərək qazax alimləri maraqlandıran sualları cavablandırıb.

4 dekabr tarixində Tarix və Etnologiya İnstitutunun elmi katibi, tarix üzrə fəlsəfə doktoru, dosent Bəhmən Əliyev və Beynəlxalq əlaqələr şöbəsinin müdiri İradə Qurbanova qazaxıstanlı alimlərlə müxtəlif etnoloji mövzularla bağlı müzakirə aparıblar.

Yekunda birgə əməkdaşlığın gələcəkdə daha da genişləndirilməsi haqqında niyyət ifadə olunub.

______________

İctimaiyyətlə əlaqələr şöbəsi

info.tarixinstitutu@gmail.com

+994 70 253 75 93

© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir

Paylaş: