AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

“Ulu öndər Heydər Əliyev və elmin inkişafı”

12.12.2025 19:43

Azərbaycan Universitetində Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib.  Anım tədbirində Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında misilsiz tarixi xidmətlərinə nəzər salınıb. Ümummilli liderin Azərbaycanın müstəqilliyini möhkəmləndirən strateji qərarları, milli inkişaf yolunu müəyyənləşdirən tarixi irsi, Azərbaycan elmi və təhsilinin inkişafına qayğısı diqqət

 mərkəzində olub.

Tədbirdə AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun “Əliyevşünaslıq” şöbəsinin müdiri, tarix elmləri doktoru, dosent Ədalət Qasımovun “Ulu öndər Heydər Əliyev və elmin inkişafı” mövzusunda çıxışı dinlənilib. Məruzədə Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, müstəqilliyin dayanıqlı əsaslarının formalaşdırılması, elm və təhsil sahəsində apardığı islahatlara müxtəlif aspektlərdən əhatəli şəkildə nəzər salınıb, Ulu Öndərin milli elmi potensialın gücləndirilməsi, elmi müəssisələrin modernləşdirilməsi və alimlərin fəaliyyətinə göstərdiyi yüksək qiymət xüsusi vurğulanıb.

______________
İctimaiyyətlə əlaqələr şöbəsi
????070-253-75-93 
info.tarixinstitutu@gmail.com
© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir

Paylaş: