23.12.2025 10:29
Dekabrın 22-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Filologiya fakültəsi, Azərbaycan dili və onun tədrisi texnologiyası kafedrası və Türkoloji Mərkəzin birgə təşkilatçılığı ilə Birinci Türkoloji Qurultayın 100 illiyi münasibətilə "Birinci Türkoloji Qurultayın 100 illiyi: Azərbaycan dilinin tədrisi məsələləri" adlı beynəlxalq simpozium keçirilib. Simpoziumda ADPU-nun rəhbərliyi,dövlət rəsmiləri, ictimaiyyət nümayəndələri, universitetin professor - müəllim heyəti və tələbələr iştirak ediblər.
Tədbirdə iştirak etmiş AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya institutunun elmi işlər üzrə direktor müavini,tarix elmləri doktoru , dosent İlqar Niftəliyev çıxışında Birinci Türkoloji Qurultayın keçirilməsi haqqında arxiv sənədlərindən bəhs edib.
____________________________________________________
İctimaiyyətlə əlaqələr şöbəsi
070-253-75-93
info.tarixinstitutu@gmail.com
© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir