27.03.2019 14:50
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) gənc qadın alimləri üçün elan olunan “Gənc qadınlar elmdə” müsabiqəsinin nəticələri açıqlanıb.
Müsabiqənin nəticələrinə görə, AMEA-nın Tarix İnstitutunun beynəlxalq əlaqələr şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Lamiyə Qafar-zadə II yerə layiq görülüb.
Xatırladaq ki, Lamiyə Qafar-zadə 2017-ci ildəki uğurlarına görə Gənclər və İdman Nazirliyi tərəfindən “İlin Gənci” mükafatına layiq görülüb.