04.12.2019 12:15
Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun beynəlxalq əlaqələr şöbəsinin müdiri, institutda YAP-ın ilk partiya təşkilatının sədri, tarix üzrə fəlsəfə doktoru Lamiyə Qafar-zadə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən elan olunmuş “İlin peşəkar gənci” müsabiqəsinin qalibi olub.
Lamiyə Qafar-zadə əməkdə, təhsildə və ictimai fəaliyyətdə xüsusi nailiyyətlərinə görə “İlin peşəkar gənci” fəxri adı ilə təltif olunub.
Xatırladaq ki, o, 2017-ci ildəki uğurlarına görə Gənclər və İdman Nazirliyi tərəfindən “İlin Gənci” mükafatına, 2019-cu ildə isə “Gənc qadınlar elmdə” müsabiqəsində II yerə layiq görülüb.