AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Tarix İnstitutunun alimləri yeni kitablar üzərində işləyirlər

15.04.2020 17:37

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutunun alimləri hazırda yeni kitablar üzərində işləyirlər.

“Heydər Əliyev və elmin inkişafı” və “Azərbaycan mədəniyyəti tarixi” kitabları üzərində iş gedir.

Tarixçi alim Tamilla Kərimova-Kocayeva isə “AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun tarixi (1920-2020-ci illər)” və “Azərbaycan elmi bioqrafik oçerklərdə” kitabları üzərində işləyir.

Bundan başqa, tarixçi alimlər “Azərbaycan tarixi Osmanlı sənədlərində”, “Sürməli tarixi”, “Daşnaksütyun” partiyası və türk-müsəlman xalqlarına qarşı soyqırımları (XIX əsrin sonu – XX əsrin əvvəlləri)”, “Sovet hakimiyyətinin ilk illərində böyük dövlətlərin Qafqaz siyasəti və Azərbaycan”, “Azərbaycan SSR Elmlər Akademiyasının formalaşması və yaranması (1920-1945-ci illər)”, “II Dünya müharibəsindən sonrakı illərdə azərbaycanlıların Ermənistan SSR-dən deportasiyasının siyasi zəmini”, “Ermənistanın Azərbaycana qarşı təcavüzü qlobal güc mərkəzlərinin siyasəti fonunda (1991-1994)” və başqa mövzular üzərində tədqiqat aparırlar.

Paylaş: