AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

AMEA Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Dilavər Əzimli dünyasını dəyişib

03.03.2021 13:00

AMEA Tarix İnstitutu bildirir ki, institutun Orta əsrlər tarixi şöbəsinin aparıcı elmi işçisi, tanınmış tarixçi, tarix üzrə fəlsəfə doktoru, dosent  Dilavər Əzimli Covid-19 xəstəliyindən dünyasını dəyişmişdir. Uzun müddət müalicə olunmasına baxmayaraq, onun həyatını xilas etmək mümkün olmamışdır. Tarix institutunun bütün kollektivi  həmkarları Dilavər Əzimlinin ailəsinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir. Onun xatirəsi iş yoldaşlarının və sevənlərin qəlbində daim yaşayacaqdır.

 

AMEA Tarix İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsi

Paylaş: