AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

2021-ci il sentyabr ayının 10-da AMEA A.A Bakıxanov adına Tarix institutunda Türk xalqının böyük sərkərdəsi və hərb xadimi Nuru Paşanın xatirəsi anılmışdır

14.09.2021 10:38

1918-ci il sentyabrın 15-də Nuru Paşanın komandanlığı altında Azərbaycanın paytaxtı Bakı şəhəri erməni-daşnak və bolşevik işğalından azad edildi.Nuru Paşanın hərbi missiyasının Azərbaycan tarixində mühüm əhəmiyyətini qeyd edərək, 10 sentyabr 2021-ci il saat 11:00-da “Türk xalqının böyük sərkərdəsi Nuru Paşa” mövzusunda dəyirmi masa keçirilmişdir . Giriş sözü ilə institutun icraçı direktoru, t.ü.f.d.dos . C.Ə.Bəhramov açdı.Nuru Paşanın həyat fəaliyyəti ilə bağlı t.e.d., dos. M.S.Süleymanov məruzə ilə çıxış etdi. Dəyirmi masa iştirakçıları tərəfindən məruzəçiyə suallar verildi.Sonra institutun şöbə müdiri t.e.d.prof. Şahin Fərzəliyev Nuru Paşaya həsr etdiyi şerini oxudu.Diskussiyyanın sonunda Nuru Paşaya həsr olunmuş vidio-rolik nümayiş etdirildi.

Paylaş: