AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

2021-ci il sentyabrın 15-də Bakı şəhərinin erməni-daşnak və bolşevik işğalından azad edilməsindən 103 il keçir.

14.09.2021 12:14

1918-ci il 15 sentyabr gününün Azırbaycan milli tarixində müstəsna yeri vardır.Məhz həmin gün Azərbaycan-Türkiyə hərbi qüvvələrindən birgə təşkil olunmuş Qafqaz İslam Ordusu Azərbaycanın paytaxtı Bakı şəhərini erməni-daşnak və bolşevik işğalından azad etmişdir.Bu mühüm hadisənin qeyd olunması münasibəti ilə 2021-ci il sentyabrın 13-də AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunda dəyirmi masa keşirilmişdir.Tədbiri giriş sözü ilə institutun icraçı direktoru t.ü.f.d.dos. C.Ə.Bəhramov açdı.Məruzələrlə institutun “Azərbaycan Xalq Cümhuriyyəti tarixi” şöbəsinin rəbəri t.ü.f.d.N.Maksvell “ 1918-ci ilin avqustunda Cənubi Qafqazda Danstefors əməliyyatının iflasa uğraması”,t.e.d.,dos. M.Süleymanov “1918-ci il 15 sentyabr Bakının azad edilməsi Azərbaycan-Türkiyə qardaşlığının zəfər qünüdür”və e.i A.Əzimova “Sentrokaspi diktaturası 1918-ci ildə Bakıda sovet hakimiyyətinin son dayağı kimi” adlı məruzələrlə çıxış etdilər.Qeyd etmək lazımdır ki,edilən məruzələrdə səslənən faktlar,aşkar edilən yeni arxiv sənədləri dəyirmi masa iştirakçilarının böyük marağına səbəb oldu.

 @Xəbərlərdən istifadə edərkən www.tarixinstitutu.az saytına istinad zəruridir

Paylaş: