AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Sentyabrın 22-də AMEA A.A Bakıxanov adına Tarix institunda 27 sentyabr anım gününə həsr olunmuş dəyirmi masa keçirilmişdir. 22.09.2021

22.09.2021 15:53

İlk öncə Azərbaycanın azadlığı və müsdəqilliyi uğrunda həlak olmuş bütün şəhidlərimizi bir dəqiqəlik sükütla yad etdildi,daha sonra Tarix İnstitunun İcraçı drektoru Cəbi Bəhramov bildirdi ki, Azərbaycan xalqı hər zaman özünün mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin2020-ci il 2 dekabr tarixli Sərancamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsi qərara alınmışdır.Cəbi Bəhramov çıxışında bildirdi ki, Ermənistanın Respublikasının ölkəmizə qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlamışdır. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə rəşadət göstərən əsgər və zabitlərimiz, arxa cəbhə,bütünlükdə xalqımız bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr vurmuşdur. Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2783 nəfər hərbi qulluqçusu həlak olmuş,yaralanaraq sağlamlığını itirmişdir. İşğal altında olan torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına azad olunmuşdur. Daha sonra məruzəcilər:t.ü.f.d.,dos.G.C.Nəcəfli “Şimali Azərbaycanın işğalından Qarabağın işğalına gedən yol:tarixi faktların izi ilə”.T.ü.f.d,dos.H.N.Həsənov”Çar Rusiyası tərəfindən Şimali Azərbaycanın işğalı və ermənilərin köçürülərək məskunlaşdırılması siyasəti.T.ü.f.d.,dos.V.Qafarov,t.ü.f.d.N.N Məmmədzadə “ Azərbaycan xalq cumhuriyyəti dövründə ərazi məsələləri”.T.ü.f.d.dos.,C.Ə.Bəhramov “Sovet imperiyasının süqutu və Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikası ərazilərinin işğalı”ətrafında çıxışlar etdilər.Edilən məruzələr ətrafında müzakirələr aparıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir

Paylaş: