Tarix İnstitutunun şöbə müdiri tarix elmləri doktoru professor Şahin Fərzəliyev “Mehmet Akif Ərsoyun misralarında təzminlər” mövzusunda çıxış edib.
07.10.2021 09:18
İstiqlal marşının qəbul olunmasının 100 illiyinə həsr olunan “100 yılında evrensel boyutlarıyla İstiklal marşı və Mehmet Akif Ersoy” Kongresinə (2021, 27- 30 sentyabr) 28 ölkədən 63 məruzəçi dəvət olunmuş, onların hər biri həmin marş və müəllifi böyük şair Mehmet Akif Ərsoyla bağlı elmi və bədii fikirlərini söyləmişlər. Bu kongresin təşkilat komissiyasının üzvləri prof.Dr.İbrahim Aydınlı ( Ankara İldırım Bəyazit Universitetinin rektoru), prof.Dr. Özcan Güngör ( Ankara İldırım Bəyazit Universitetinin professoru), Əhməd Baba (Tarihdaş Millətlər Dərnəyinin Başkanı), prof.Dr. Selma Yel (Qazi Universitetinin professoru) və b. idilər. Toplantının bütün oturumları olduqca səmərəli keçirilmiş, Azərbaycandan dəvət olunan çıxışçılar AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun Baş direktoru, professor Kərim Şükürov və Azərbaycan İqtisad Universitetinin dosenti Mübariz Məmmədlinin məqalələri maraqla qarşılanmışdır. Mən isə toplantı iştirakçılarına Mehmet Akif Ersoyun bəzi şerlərinə, o cümlədən məhşur “İstiqlal Maqrşı”na həsr etdiyim 9 təzminimi təqdim etdim.
AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun “Tarixin nzəriyyəsi, mənbəşünaslıq və tarixşünaslıq” şöbəsinin müdiri, t.e.d., prof. Ş.F.Fərzəliyev