AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

İslam dini abidələrini məhv etmək Ermənistanın dövlət siyasətinin tərkib hissəsidir

21.10.2021 13:00

Ərazisinin 20 faiz  erməni təcavüzünə məruz qalan Azərbaycanın milli-mədəni dəyərlərini, geyimlərini, memarlıq sənətinin nümunələrini, inanc yerlərini, ibadət yerlərini, musiqi əsərlərini, musiqi alətlərini və digər sənət əsərlərini və tətbiqi sənət numunələrini, o, cümlədən folklorunu, toponimlərini, eləcədə tarixi əsərləri, yazılı nümunələrini birdəfəlik və ya tədricən yox edilməsini və ya mənimsənilməsini hədəf goturərən Ermənistan Respublikası, işğal altında saxladığı Azərbaycanın bütün milli mədəni dəyərlərini planlı və sistemli bir şəkildə məhv edilməsini həyata keçirmişdir. 

 

28 il erməni işğalı altında qalan Azərbaycan ərazilərinin mənimsənilməsi üçün mədəni irs nümunələrinin məhv edilməsi erməni din xadimlərinin və Ermənistan Hökumətinin Dövlət siyasətinin əsasını  təşkil edirdi. Ermənistanın bu fəaliyyəti  beynəlxalq hüquqa  görə vandalizm hadisəsi hesab olunur. 

 

Heç bir tarixi dövlətçilik ənənəsi olmayan bir xalqın nümayəndələrinin, XIX əsrin sonlarından Rusiya dövləti tərəfindən məskunlaşdırıldıqları Qarabağda və onun ətraf ərazilərində mövcud olan  VIII-IX, XIII-XVI, XVII-XX əsrlərə aid olan məscid memarlığını məhv edərək bu torpaqlarda dövlət yaratmaq istəyi heç bir qanuna və insanlığa sığmayan hadisədir. 

 

Dünyada ermənilərin Dövlətçilik ənənəsinin olmadığını təsdiq edən erməni tarixçisi Gevorq Aslan 1914-cü ildə “Ermənistan və ermənilər” əsərində yazırdı: “Ermənilərin dövlətləri olmayıb. Onlarda vətən hissi, vətənə bağlılıq siyasəti yoxdur. Erməni təəsübkeşliyi yalnız yaşadıqlar yerlərlə bağlıdır”. 

 

Apardığımız tədqiqatlardan məlum məlumdurki, erməni işğalına qədər Dağlıq Qarabağ və ətraf rayonların ərazilərində   rəsmi fəaliyyət göstərmiş 72 müsəlman məscidi və 141 inanc yerləri və ziyərəfgahlar olub.  (Şuşada 17 məhəllə məscidi, 1 ziyərətgah, Ağdamda 5 məscid, 18 inanc yeri və ziyərətgah, Füzulidə 17 məscid, 20 inanc yeri və ziyərətgah,  Zəngilanda 12 məscid, 19 inanc yeri və ziyərətgah, Cəbrayılda 5 məscid, 37 inanc yeri və ziyərətgah,, Qubadlıda 8 məscid 20 inanc yeri və ziyərətgah,  Laçında 6 məscid 21 inanc yeri və ziyərətgah, Kəlbəcərdə 2 məscid, 5 inanc yeri və ziyərətgah olsada onlardan bəziləri ermənilər tərəfindən tamamilə dağıdılaraq məhv edilmiş, bəzilərinin isə xarabalıqları qalsada istifadəyə tam yararsız vəziyyətə salınaraq vandalizmə uğradılıblar.  

 

Vandalizm aktları birmənalı şəkildə beynəlxalq qanunlar və konvensiyalarda yoverilməz hesab edilir.   1954-cü ildə Haaqada qəbul edilmiş  "Silahlı münaqişələr zamanı mədəni abidələrin qorunmasına dair Konvensiya"  müharibə dövründə mədəni mülkiyyətin qorunmasına həsr olunmuş ilk beynəlxalq müqavilədir. Bu Konvensiyaya əsasən, hücum edən tərəfin mədəni mülkiyyətə hörmət edib qorumaqla yanaşı, həm də işğal edilmiş ərazilərdə bu mülkiyyətin oğurlanmasının qarşısının alınması istiqamətində konstruktiv addımlar atmaq öhdəliyi var. 

 

Ermənistan tərəfindən Azəbaycanın milli-mədəni dəyərlərinə qarşı törədilən vandalizm aktlarından dərin narahatlıq keçirən Azərbaycan Respublikasının Prezidenti cənabİlham Əliyev,bir neçə gün öncə Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasındakı çıxışında demişdir: Ermənistan Şuşa şəhərində işğala qədər mövcud olan 17 məscidin 16-sını dağıdıb. Bir məscid "tolerantlıq" nümayiş etdirmək üçün saxlanılıb və İrandan olan qondarma mütəxəssislərin yardımı ilə onu fars məscidi kimi təqdim etməyə cəhd göstərilib. (AZƏRTAC. 15.10.2021.)

 

Şuşa, Kiçik Qafqazda Qarabağ silsiləsi ərazisində yerləşir. Ərazisi 289 km²-dir. Əhalisi 1 yanvar 2014–cü il hesablamalarına görə 31.5 min nəfərdir. Şuşa şəhərinin 350 hektarlıq qoruq zonasında memarlıq abidələrinin sayı: - 820, o cümlədən Arxeoloji abidələrin sayı: - 73, Bağ- park, monumental və xatirə abidələrinin sayı: - 7, Muzeylərin sayı: - 7, Şəkil Qalareyalarının sayı: - 1, Muzey eksponatlarının sayı: - 17 022 ədəd plub, Şuşada  işğala qədər 870 m uzunluğunda bərpa olunmuş qala divarları var idi.   

 

Şuşada tarix və mədəniyyət abidələrin çoxluğu, onların rəngarənglik baxımından fərqlənməsi, haqlı olaraq, şəhər mədəniyyətinin ən zəngin beşiyi adlandırılmasına səbəb olmuşdu. Şuşada hər bir ev, küçə, möhtəşəm qala divarları, məscidlər, qəd-qamətli minarələr, əzəmətli qəsrlərin qalıqları keçmişimizin tarixindən xəbər verir. Şuşada 17 məhəllə olub: Qurdlar, Seyidli, Culfalar, Quyuluq, Çuxur, Dördlər Qurdu, Hacı Yusifli, Dörd Çinar, Çöl Qala, Mərdinli, Saatlı, Köçərli, Mamayı, Xoca Mərcanlı, Dəmirçi, Hamam Qabağı və Təzə məhəllə. Qaydaya görə Hər məscidin yanında  bir hamam, bir bulaq da inşa edilmişdi. 

 

 Köçərili məscidi (Mövcud deyil)

 

Şuşada inşa edilən 17 məsciddən cəmi ikisinin adı vardı Aşağı Gövhərağa Məscidi və Yuxarı Gövhərağa Məscidi. Digər məscidlər məhəllə adları ilə adlandırılırdılar Məsələn: Saatlı məscidi, Köçərili məscidi, Mamayı məscidi və s. Ermənistan Silahlı Qüvvələrinin işğalından sonra bu məscidlərin hamısı şəhərdəki digər tarix və mədəniyyət abidələri kimi dağıdılaraq, yerlə yeksan edildi. Şuşadakı məscidlərdən yalnız Aşağı və yuxarı Gövərağa məscidləri eləcədə Saatlı məscidinin xarabalıqları qaldı. 

 

2017-ci ildə erməni separatçıları Şuşadakı Yuxarı Gövhəreağa məscidini İran mütəxəssislərinin iştirakı ilə“fars məscidi” adı altında bərpa etməyə başladılar.Bu hadisəni “tolerant”lıq nümunəsi kimi dünyaya təqdim edən ermənilər, 2018-ci ilin yanvarında məscidin bərpasını başa çatdırdılar. Şuşada yeni məskunlaşdırılan erməni əhaliyə məscidi İrana məxsus olduğunu elan edən Ermənistan Hökuməti, İranın bərpa işlərinin maliyyələşdirilməsində fəal iştirakını da elə bununla izah edirdilər. 

 

Lakin az sonra Hökumət üzvlərinin yalan danışdıqları məlum oldu. Beləki Şuşa Şəhərindəki Yuxarı Gövhərağa məscidinin bərpa layihəsinin donoru  Qazaxıstanlı iş adamı Kayrat Boranbayev olduğu üzə çıxdı. Apardığımız araşdırmalar zamanı Məscidin bərpa dövrü abidə üzərində xeyli sayda saxtakarlıqların edildiyinin şahidi olduq.

 

Yuxarı Gövhərağa məscidini 1883-1884-cü illərdə İbrahim xanın qızı Gövhər ağanın vəsaiti hesabına memar Kərbəlayı Səfixan Qarabaği tikmişdir. Bu abidə Şuşanın Böyük Cümə Məscididir.Məscidin ibadət salonu üçnefli olub planda kvadrata yaxın formadadır (190 х 185 m). Şimal tərəfdən ona artırılan üçtağlı eyvan (14,5 x 5,0 m) Cümə məscidinin planına düzbucaqlı forma (26,5 x 21,5 m) verir. Eyvanın künclərində iki minarə və ibadət salonunun yanlarındakı balkonlara – qadın bölümünə pilləkənlər yerləşdirilib. Məscidin ibadət salonu 6 daş sütunla neflərə bölünüb. Yan bölmələr sivri tağbəndlə örtüldüyü halda ortadakı iki kvadrat planlı hissə günbəzlə örtülür. Salonun interyeri ikiqat pəncərələrlə işıqlandırılır. Məscid binası bütünlüklə daşdan tikildiyi halda onun minarələri tamamilə kərpicdən yığılmışdır. Minarənin silindrik gövdələri üfüqi kəmərlərlə üç hissəyə bölünmüş və hər bölüm fərqli kərpic hörgüsü naxışları ilə üzlənmişdir.

 

Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən, 1992-ci ildə  ermənilər tərəfindən Məscidin əsas binası və minarələri zirehli texnikaların atəşlərinə məruz qalaraq abidəyə ciddi ziyan dəymişdir. Tavanı bir neçə yerdən uçurdulmuş, daxildən və xaricdən divar yazıları pozulmuş, interyerinə erməni və rus dillərində azərbaycanlılara qarşı təhqiramiz ifadələr yazılmışdı.  

 

 Yuxarı Gövhərağa Məscidi 2017-ci il.

 

Yuxarı Gövhərağa məscidi Ermənistanın Respublikası tərəfindən işğal edildiyi dövrdə aşağıdakı dəyişikliklərə məruz qalmışdı: - 

 

1. Ermənistan Respublikasının müvafiq dövlət qurumları tərəfindən, azərbaycanlıların ibadət yeri olan Yuxarı Gövhərağa məscidinin rəsmi şəkildə təhqir olunmasına və dağıdılmasına göstəriş verilmişdi.      

 

2. Məscidin minarələri daxildən tamamilə sökülmüş, xaricdən atəşə tutulmuş, tavanı bir neçə yerdən uçurdulmuş, daxili tərtibatı, dizayn və divar yazıları pozulmuş, hücrələri və yardımçı otaqları uçurdulmuş, kommunal və kommunikasiya xətləri dağıdılaraq tamamilə yararsız hala salınmışdır.

 

3. Məscidin bəzək əşyaları, texniki avadanlıqları, qurğuları, bərk və yumşaq inventarları qarət edilərək Ermənistana oradan da İrana aparılmışdır.

 

4. Məscid 2017-ci ildə farslar tərəfindən bərpa edilərkən daxili interyeri və divar yazıları dəyişdirilmiş, Məscidin qarşısındakı dəstəmaz almaq üçün istifadə olunan kiçik fontan və Məsciddən 30 metr aralıda Məscidin lanşaftına aid olan Meydan Bulağı sökülərək üstü asfaltlanmışdır.

 

 

 

Faiq İsmayılov

AMEA A.Bakıxanov adına Tarix İnstitunun 

Elmi İnformasiya və Nəşriyyat Şöbəsində baş redaktoru

 

© Xəbərlərdən istifadə edərkən www.tarixinstitutu.az saytına istinad zəruridirhttp:

Paylaş: