AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

A.A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşı t.ü.f.d.dos.Tamilla Kərimova- Kocayevanın tərtib edib çap etdirdiyi Azərbaycanın mühacir alimi,tədqiqatçı Cahangir Zeynaloğlunun “Şirvanşahlar yurdu” kitabı

28.10.2021 10:18

Bu yaxın günlərdə Azərbaycanın mühacir alimlərindən Cahangir Zeynaloğlunun 1931-ci
ildə İstanbulda nəşr etdirdiyi “Şirvanşahlar yurdu” əsəri Azərbaycan dilinə tərcümə edilib. Kitab
“Elm və təhsil” nəşriyyatında nəşr olunub. Kitabın tərtib edəni, giriş mətninin müəllifi AMEA
A.A.Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent
Tamilla Kərimova-Kocayevadır, tərcüməçisi AMEA Əlyazmalar İnstitutunun baş elmi işçisi,
tarix elmləri doktoru, professor Tahirə xanım Həsənzadə, redaktoru tarix elmləri doktoru Tofiq
Nəcəfli, ön sözün müəllifi tarix elmləri doktoru, professor Şahin Fərzəliyevdir. Cahangir
Zeynaloğlunun çap olunan bu kitabı müasir Azərbaycan milli tarixşünaslıq elmi üçün xüsusi
əhəmiyyət kəsb edən bir əsərdir və onun tərtib edilib nəşr olunmasında apardığı elmi
tədqiqatlardan heç vaxt yorulmayan tanınmış tarixçi alim Tamilla xanım Kərimova-Koçayevanin
müstəsna xidməti vardır.
Hərbçi və tarixçi Cahangir Zeynal oğlu Nəsirbəyovun həyatı və yaradıcılığı haqqında gec
danışılan və yazılan şəxsiyyətlər sırasına daxildir. Onun taleyi və çoxcəhətli yaradıcılığı
indiyədək elmi ədəbiyyatda layiqli şəkildə öz əksini tapmamışdır. Onu da qeyd etmək lazımdır
ki, Cahangir Zeynaloğlunun həyat və yaradıcılığına dair elmi T.Kərimova-Kocayeva tərəfindən
aparılan axtarışları bir necə il davam etmiş, lakin hec bir nəticə verməmişdi. Nəhayət, İstanbulda
C.Zeynaloğlunun oğlunu və qızını tapandan sonra onun soyadı dəqiqləşdirildi. Məlum oldu ki,
onun soyadı Nəsirbəyovdur. Bundan sonra AzərbaycanRespublikasının dövlət arxivlərində
axtarışlar aparıldı və uğurla nəticələndi.Alimin həyat və fəaliyyəti ilə bağlı bir çox hadisələr,
faktlar və fotoşəkillər Azərbaycan Respublikası Dövlət Arxivindən, Azərbaycan Respublikası
Dövlət Təhlükəsizliyi Xidmətinin Arxivindən, Mehman Süleymanovun Azərbaycanın milli hərb
tarixinə həsr olunan əsərlərindən, C. Zeynaloğlunun ailə arxivindən aşkar edilmiş, ailə üzvlərinin
sözləri və xatirələri əsasında dəqiqləşdirilmişdir. Həmçinin onun Bakıda və Şuşada yaşamış
qohumları haqqında məlumatlar verilmiş, soy kökünün səcərəsi verilmiş, onun həyatı və elmi
fəaliyyəti haqqında çap olunmuş məqalələr rus, ingilis dillərində əlavə olunmuşdur. Kitabda şəxs
adları, coğrafi göstəricilər, çoxlu fotoşəkillər də verilmişdir.


Oğlu Baykal Sultanın sozlərinə gorə, Cahangir Zeynal oğlu Nəsirbəyov 1892-ci ildə
Şuşada varlı zadəgan ailəsində dunyaya goz acmışdır. O, ilk təhsilini doğulduğu şəhərdə
almışdır. Birinci Dunya muharibəsi başlayanda C.Nəsirbəyov da hərbi xidmətə cağırılmış və
Qafqaz cəbhəsində kicik leytenant və leytenant kimi doyuşmuş, orden və medallarla təltif
edilmişdir. Cahangir Zeynal oğlu (Nəsirbəyov) Azərbaycan Xalq Cümhuriyyəti dövründə milli
ordu quruculuğunda iştirak etmiş, Azərbaycanın ilk milli hərbi təhsil ocağı “Milli Hərbiyyə
məktəbi” (“Musulmanskaya şkola podpraporşikov”) məktəbinin rəisi olmuşdur.
Şimali Azərbaycan Sovet Rusiyası tərəfindən işğal olunduqdan sonra Azərbaycan Xalq
Cümhuriyyəti ordusunun rəhbər heyəti repressiyaya məruz qaldı, AXC-nin bir cox siyasi və
hərbi xadimləri muhacirət etməli oldular. 8 dekabr 1920-ci il tarixində həbs hokmu gozləyən
C.Nəsirbəyov istintaqdan yayınmağı qərara alır. Başı ustunu olum təhlukəsi aldığını gorən
Cahangir bəy bir necə gun sonra Azərbaycanı tərk edir. Azərbaycanda o zamanlar hokm surən
anarxiya, soyğunculuq və ozbaşınalıq şəraitində sərhədlər yetərincə qorunmadığından, o
təqiblərdən xilas olmaq ucun Tiflisdən Turkiyəyə qaça bildi. Bəxti gətirdi. Turkiyəyə sağ-
salamat catdı. II Dunya muharibəsi başlayanadək burada yaşadı. Bu dovrdə o, muxtəlif
məktəblərdə rus, alman, fransız və italyan dillərini tədris etdi. Sonra ticarətlə məşğul oldu.
Sivasda “Vətən” fabriki yaratdı, fabrik sahibi oldu.
Cahangir bəyin Turkiyədə yaşayan və sovet hakimiyyətini qəbul etməyən azərbaycanlı
muhacir dostları var idi. Sonralar onların bəziləri Avropaya və ABŞ-a kocdulər. C.Nəsirbəyov
bir necə dostu ilə birlikdə Almaniyaya kocərək burada Konullulər Ordu”sunun sıralarına daxil
oldu. Almaniyada olarkən o, ailəsinə unvanladığı məktubların birində yazırdı ki, “ən qısa
zamanda Azərbaycan azad olacaq, oz mustəqilliyini bərpa edəcək və biz hamımız birlikdə
Vətənimizə donəcəyik. Lakin onlar bir daha goruşə bilmədilər. Kitabda C.Nəsirbəyovun
ömrünün tədqiqatçılar üçün ən qaranlıq məqamları barədə və onun fəaliyyətinin düzgün
qiymətləndirilməsi üçün məlumatlar verilmişdir.
Cahangir Zeynaloğlunun həyatı və taleyinin rəngarəngliyi ilə tanış olduqca, onun XX əsrin
I yarısında Şimali Azərbaycanda, Rusiyada, Almaniyada baş verən mühüm dramatik hadisələrin
– I Dünya müharibəsinin, fevral inqilabının, oktyabr çevrilişinin, Azərbaycan Xalq
Cümhuriyyətinin yaranmasının və süqutunun, XI Qızıl Ordunun ,Şimali Azərbaycanı işğal
etməsinin və II Dünya müharibəsinin əksini tapdığını görürük. Cahangir Zeynaloğlunun elmi
fəaliyyəti Azərbaycan elm və mədəniyyət tarixində muəyyən iz qoymuşdur. Onun tarix təhsili


yox idi. Bununla belə, mukəmməl təhsili, mutaliyəsi, fitri istedadı, geniş dunyagoruşu, xidmət
gostərdiyi muhit sayəsində Cahangir Zeynaloğlu Azərbaycanın gorkəmli ziyalılarından birinə
cevrilmişdi. Butun bunlar ona Azərbaycan tarixinin muxtəlif məsələlərinin uğurla araşdırmasına
imkan yaratmışdı.O, 1924-cü ildə İstanbulda “Şəms” mətbəəsində nəşr etdirdiyi tarixi və elmi-
publisistik “Müxtəsər Azərbaycan tarixi” əsərində qədim çağlardan yaşadığı dövrə kimi
Azərbaycan tarixini qələmə almışdı. “Müxtəsər Azərbaycan tarixi” kitabı öz məqsəd və
vəzifələrinə görə mühüm yer tutur. 1993-cü ildə Bakıda təkrar nəşr olunmuşdur. Cahangir
Zeynaloğlunun Azərbaycan tarixinə həsr olunan əsəri “Azərbaycan xanlıqlar dövrü” kitabıdır.
Onun digər əsərində “Xalqın sözü. Haqqın sözü” kitabında Azərbaycanın 5000 atalar sözü, zərb
– məsəl, söz və onun sinonimi, tarixi və əcnəbi terminlər və s. təqdim olunur.
1000 illik tarixini əhatə edən Azərbaycan Şirvanşahlar dövlətinin tarixinin ilk azərbaycanlı
tədqiqatçısı, Atatürkün və marşal Fevzi Çakmakın yüksək dəyərləndirildiyi Cahangir
Zeynaloğludur. 18 avqust 1931- ci ildə C.Zenyaloğlu bu kitabı İstanbulda “Şəms” mətbəəsində
nəşr etdirir. “Şirnavnşahlar yurdu” Türkiyədə bir neçə dəfə nəşr olunmuşdur və bu gün də öz
əhəmiyyətini itirməmişdir. Əsərdə Şirvanşahlar dövlətinin tarixi ən qədim dövrlərdən çar
Rusiyasının Şimali Azərbaycanı işğal etməsinə kimi izlənilmişdir. Cahangir Zeynaloğlu
Azərbaycan Şirvanşahlar dövlətinin tarixinin araşdırılmasına öz layiqli töhfəsini vermiş,
Şirvanşahlar dövlətinin inkişaf, çiçəklənmə və tənəzzül mərhələlərini araşdırmış, bəzi qaranlıq
məqamlara aydınlıq gətirmiş, Şirvanın daxili həyatını və faəliyyətini öyrənməyə imkan
yaratmışdır. Müəllif Şirvanşahların tarxini işıqlandırılmaq üçün onun müxtəlif aspektlərini:
dövlətin yarandığı tarixi - coğrafi şərait, Şirvan şəhərlərinin, burada yaşayan tayfaların və
xalqların vəziyyətini, sənətləri və ticarəti, sosial münasibətləri, dovlət quruluşunu, hərb tarixini
və mədəniyyət məsələlərini nəzərdən keçirmişdir. C.Zeynaloğlu Azərbaycan Şirvanşahlar
dövlətinin yarandığı vaxtdan ta süquta uğrayanadək genealogiyasını araşdırmış, bir sıra
Şirvanşah hakimlərinin adlarını və hakimiyyət illərini dəqiqləşdirmişdir. O, hər bir mərhələni
ayrıca araşdırmaya cəlb etmiş və bu dövlətin mövcud olduğu tarixdə elmi dövrləşdirmələr
aparmışdır. Əsərdə Şirvanşahlar dövlətinin tarixi, eləcə də dövləti idarə etmiş Məzyədilər,
Kəsranilər, Dərbəndilər sülaləsindən olan Şirvanşahlar barədə müfəssəl məlumat
verilmişdir.Cahangir Zeynaloğlu ermənilərin XX əsrin əvvəllərində Azərbaycan xalqına qarşı
törətdikləri cinayətlərdən məlumatlı olduğu üçün onların işğalçılıq planları haqqında demişdi:


”Qarabağ istər Albaniyanın, istərsə də Midiyanın ərazisinə daxil olsun, yenə Azərbaycana
aiddir”.
Həyatının sonuna qədər mühacirəttə yaşayan Cahangir Zeynaloğlunun doğulduğu Şuşa
şəhəri də erməni işğalından azad edildi və üç rəngli Azərbaycan bayrağı yenidən Şuşa şəhərində
dalğalanmağa başladı.
Bu yeni nəşr Tamilla Kərimova-Kocayevanın Azərbaycan elm tarixi sahəsində apardığı
fəaliyyətinə yeni işıq salacaq və Azərbaycan tarixinə dair ilkin mənbə nümunələrinin Azərbaycan dilinə
tərcüməsi, nəşr və öyrənilməsi sahəsinə töhfə verəcək.

A.A.Bakıxanov adına Tarix İnstitutunun icraçı direktoru
Cəbi Bəhramov

© Xəbərlərdən istifadə edərkən www.tarixinstitutu.az saytına istinad zəruridirhttp://

Paylaş: