AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

5 noyabr 2021-ci il tarixdə AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunda “8 noyabr - Zəfər günü”nün bir illiyi münasibəti ilə elmi konfrans keçirilib.

05.11.2021 11:54

Əvvəlcə konfrans iştirakçıları Azərbaycan Respublikasının dövlət himnini dinlədikdən sonra, ərazi bütövlüyümüzün bərpa edilməsi uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Konfransı  giriş sözü ilə institutun icraçı direktoru  Cəbi Bəhramov açdı. 

Konfrans iştirakçılaırnı salamlayan C.Bəhramov Müzəffər Ali Baş Komandanın rəhbərliyi və rəşadətli Azərbaycan Silahlı Qüvvələrinin qəhrəmanlığı sayəsində  44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm qalibiyyətdən bəhs edib və Zəfər Günü münasibətilə təbriklərini çatdırdı.C.Bəhramov qeyd etdi ki, 8 noyabr Azərbaycan tarixinin şanlı səhifəsinə qızıl hərflərlə yazılıb. “Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi” deyən icraçı direktor, tarixi Zəfərdən dərhal sonra Azərbaycan Prezidenti cənab İlham Əliyevin müvafiq tapşırıqları əsasında doğma Qarabağın sürətli və hərtərəfli dirçəlməsinin şahidi olmaqdan böyük sevinc və qürur hissi keçirdiyini bildirdi.

Bundan sonra söz institutun”Azərbaycanın sovet dövrü tarixi”şöbəsinin rəhbəri,t.ü.f.d.,dos.İ.V.Niftəliyevə verildi. O,“Vətən Müharibəsi və yaxud “Dəmir yumruq” əməliyyatı” adlı məruzə ilə çıxış etdi və bildirdi ki, 2020-ci il sentyabrın 27-də Ermənistan  silahlı  qüvvələrinin cəbhəboyu  genişmiqyaslı  təxribat törətməsinə  cavab  olaraq  Ali Baş Komandan cənab İlham Əliyevin əmri ilə Azərbaycan Ordusu “Dəmir yumruq” adlı əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən  müharibəsi təxminən 30 illik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası  ilə nəticələndi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin  rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı. Natiq əlavə etdi ki, müharibənin  ilk  günündən xalq dövlətimizin başçısı ətrafında  sıx birləşdi, siyasi həmrəylik, sarsılmaz  birlik nümayiş etdirdi. Onun sözlərinə görə, “Dəmir yumruğumuz” həm birliyimizi, həm də gücümüzü  təcəssüm etdirdi. İ.V.Niftəliyev Azəbaycan  xalqının  başladığı  Vətən  müharibəsinə  dünya  dövlətlərinin və beynəlxalq  təşkilatların  nümayiş etdirdikləri  müvqeyə  toxunaraq  qeyd  etdi ki, Azərbaycan  Prezidenti cənab İlham Əliyev diplomatik səriştəsi, liderlik keyfiyyətləri və qurduğu yüksək səviyyəli münasibətlər nəticəsində Azərbaycan  Respublikasına qarşı olan bütün təzyiqlərin  qarşısını aldı və sözlərinə görə, müxtəlif  kanallarla bütün  siyasi təzyiqlərə və Ermənistana olan hərbi yardımlara  baxmayaraq, ölkəmizin diktə etdiyi  şərtlərlə  münaqişənin  həlli  mümkün  oldu. Azərbaycan  Respublikasında güclü “prezident-xalq-ordu” vəhdəti bu təzyiqləri dəf etməyə imkan verdi. Bütün bunlar  Azərbaycan  Prezidentinin  mürəkkəb  maneələri, prinsipiallıq və qəti iradə nümayiş  etdirərək  güc  mərkəzlərinin  təzyiqlərilə  mətinliklə  dəf  etdiyini  xüsusi olaraq qeyd etdi

Sonra söz  I –ci Qarabağ müharibəsi veteranı, qazi ,tarix üzrə fəlsəfə doktoru, dosent  Bəxtiyar  Əhmədova  verildi.O, “8 noyabr  böyük  zəfərə gedən yol” mövzusunda   çıxış edərək II-ci  Qarabağ  müharibəsinin  I –ci müharibədən  əsaslı şəkildə  fərqləndiyini ,bu  günki  Azərbacan  ordusunun  çox  güclü ,qarşıya qoyulan  istənilən  hərbi  vəzifəni yerinə yetirmək  ikdidarında olduğunu söylədi.O müasir Azərbaycan ordusunun dünya hərb sənəti tarixinə yeni səhifə yazdığını xüsusi olaraq qeyd etdi.

B.Əhmədov  bildirdi ki, müharibə başlayan gündən dünya birliyi Prezident, Ali Baş Komandan İlham Əliyevin qəti iradəsinin, məntiqli çıxışlarının, ordumuzun gücünün, xalqımızın milli birliyinin və vətəndaş həmrəyliyinin şahidi oldu. Ordumuz döyüş meydanında, xalqımız isə arxa cəbhədə böyük məsuliyyətlə əsl vətəndaş həmrəyliyi, birlik, güc göstərdi.  Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası  naminə Qarabağın işğaldan azad edilməsi məqsədinə nail olmaq üçün hər bir  Azərbaycan  Respublikası vətəndaşının Vətənin müdafiəsinə qalxmağı, Qarabağa aparan yolda bütöv hərəkatın tərkib hissəsi olmağını görmək çox qürurvericidir. Çoxdandır gözlədiyimiz Azərbaycanın ərazi bütövlüyünü görmək bizə nəsib oldu. Ulu öndər Heydər Əliyevin də dediyi kimi; “Gün gələcək, Azərbaycan dünyaya Günəş kimi doğacaq!” O Günəş 8 noyabr 2020-ci ildə doğdu!”.

 Daha sonra məruzələr ətrafında çıxışlar oldu. 

Konfrans Tarix İnstitutunun icraçı direktoru Cəbi Bəhramovun yekun nitqi ilə başa çatdı.

 

© Xəbərlərdən istifadə edərkən www.tarixinstitutu.az saytına istinad zəruridirhttp://

 

 

 

 

Paylaş: