AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

“Heydər Əliyev və Azərbaycan tarixi” VII ümumrespublika bilik yarışında iştirak edən komandalar üçün yarış ərəfəsində keçirilən təlimdə Tarix institutu iştirak edib

06.11.2021 21:45

“Heydər Əliyev və Azərbaycan tarixi” VII ümumrespublika bilik yarışında iştirak edən komandalar üçün yarış ərəfəsində təlim keçirilib. Heydər Əliyev Mərkəzində “Zəfər tarixi” mövzusunda təşkil edilən təlimdə Vətən müharibəsi və şanlı zəfər tarixi üzrə müzakirələr olub.

Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutu və Heydər Əliyev Fondundan olan təlimçilər Qarabağ həqiqətlərinin ümummilli lider Heydər Əliyev tərəfindən dünyaya çatdırılması, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin zəfərə gedən yolda fəaliyyəti, ölkəmizdəki ordu quruculuğu, beynəlxalq əlaqələrin yaradılması, 44 günlük Vətən Müharibəsi və nəticələri barədə məlumatlar veriblər.

Qeyd edək ki, “Heydər Əliyev və Azərbaycan tarixi” VII ümumrespublika bilik yarışı noyabrın 12-də Heydər Əliyev Mərkəzində təşkil olunacaq.

© Xəbərlərdən istifadə edərkən www.tarixinstitutu.az saytına istinad zəruridirhttp://

Paylaş: