AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

O gün bu gündür...

08.11.2021 11:10

8 noyabr - Azərbaycanın yeni tarixinə və hər bir azərbaycanlının yaddaşına əbədi həkk olan Zəfər bayramıdır

Ermənistanın ardıcıl təxribatları və hərbi təcavüzünə cavab olaraq 2020-ci il sentyabrın 27-də Azərbaycan xalqı Ermənistanın otuz ilə yaxın davam edən işğalçılıq siyasətinə son qoymaq və torpaqlarımızı düşmən tapdağından azad etmək uğrunda Vətən müharibəsinə qalxıb.

44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan xalqı tarixi qələbə qazanıb, ölkəmizin ərazi bütövlüyü bərpa olunub.

Paylaş: