AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Şuşada “erməni kilsəsi” müəmması: həqiqətlər niyə təhrif edilir?

23.11.2021 09:27

Şuşada “erməni kilsəsi”nin mövcudluğu barədə erməni xülyalarını həqiqətə çevirmək üçün, 44 günlük qələbəmizdən sonra düşmənlərimiz daha ciddi şəkildə hərəkətə keçiblər. Erməni tərəfi dünyanın bütün müvafiq Beynəlxalq Təşkilatlarına müraciət edərək bu yalanı təsdiq etdirməyə çalışırlar.

 

Ermənistan mətbuatı 2021-ci il yanvar ayından etibarən, Şuşa şəhərində “erməni” kilsəsinin azərbaycanlılar tərəfindən “dağıdılmasının” qarşısının alınması barədə yaydıqları dezinformasiyalar Azərbaycan Dövlətini etmədiyi bir işdə suçlamaq, dünya dövlətləri arasında Azərbaycanı gözdən salmaq məqsədi daşıyır. Bu istiqamətdə öz yalanlarını “sübut”a yetrmək üçün elə ermənilərin özləri tərəfindən yaradılan azərbaycan dilindəki internet mənbələrindən xüsusi ilə azərbaycan dilindəki vikipediyadan misallardan məharətlə istifadə edirlər.

 

“Qazançı kilsəsi” mövzusunu internetdə axtarışa verəndə, Azərbaycan dilindəki vikipediyada belə bir məlumatın olduğunu görürük. https://az.wikipedia.org/wiki/Qazançı_kilsəsi

 

Bu məlumatda yazılan sitatlar biri digərini inkar edir. Sitat:-“Erməni mənbələrinin verdiyi məlumata görə, kilsənin hazırkı yerində Abidənin 1987-ci ildə hazırlanmış pasportunda “Qazançılar kilsəsi”nin qədim zərdüşt məbədinin üzərində inşa olunduğu qeyd olunub.1722-ci ildən bəri mövcud olmuş başqa bir kilsə yerləşmişdir”. Bu iki cümlə biri-birini tamamlamasada ikincinin mənası çətin başa düşülsədə, burada bir saxta erməni tarixi ifadə edilməyə çalışılır. 1-cisi, Birmənalı şəkildə qeyd etmək olarki heç bir tarixi mənbədə Şuşada zərdüşt məbədinin və ya məbədlərinin mövcudluğu göstərilmir. 2-cisi sual olunur 1722-ci ildə Şuşada hansı sayda xristian toplum olubki onlar həmin ildə özlərinə kilsə tikirdilər? Əgər mövcud olubsa bu xristian toplumun milliyyəti nə olub? Ümumiyyətlə 1722-ci ildə Şuşada xristian dininə mənsub olan xalq və ya millət yaşamayıb bu ifadə yalandır. Elə həmin mənbədə xristianların yəni ermənilərin Şuşada ilk dəfə məskunlaşmaları 1868-1887-ci illər olduğu göstərilir.
 

Qazançı adlandırılan rus provaslav kilsəsi

 

 Bu saxta Azərbaycan dilindəki “Qazançı kilsəsi” vikipedia səhifəsində istinad olunan 12 mənbənin hamısı ermənilərə məxsusdur. Məncə burada artıq şərhə ehtiyac yoxdur. Təxribat xarakterli bu cür məlumatlar adi görünsə də, əslində Ermənistan Azərbaycanı planlı şəkildə vandalizm aktı törətməkdə suçlamağa çalışır. Lakin araşdırmalar göstərir ki, Şuşa şəhərində erməni kilsəsi mövcud olmayıb.
Şuşada xristian kilsəsinin yaranma tarixi əslində 1805-ci ildən başlayıb. Beləki, 1805-ci ildə Qarabağ xanlığını devirməyə nail olan Çar Rusiyası digər bölgələrimizlə bərabər öz mənzil qərargahını Şuşa şəhərində də yaratdılar. O dövrdə Şuşa şəhərində xristian kilsəsi yox idi. Rus əsgərlərinin ibadəti üçün isə bir xristian kilsənə ehtiyac vardı. Müharibələr nəticəsində iqtisadi cəhətdən zəif olan Rusiyanın şəhərdə quruculuq işləri aparmağa imkanı yox idi. Odur ki, ordu rəhbərliyi xanlığın divanxanasının üstünə zəng asdıraraq burada rus əsgərlərinin ibadəti üçün şərait yaratdı.

 

Zaman keçdikcə Qarabağ xanlığının divanxanası rus ordusu komandanlığı tərəfindən, təmir edilərək kilsə stilinə uyğunlaşdırılırdı. 1868-1887-ci illərdə Culfanın Qazançı kəndindən Şuşaya köçürülən ermənilər bu kilsə ətrafında məskunlaşdırıldıqlarından, el arasında bu kilsəyə hərdən “Qazançı kilsəsi” də deyirdilər. Hələ buna qədər, ehtiyac olmadığı halda Şuşanın Köçərili məhəlləsində 1847-ci ildə daha bir kilsə inşa edilmişdi. Lakin Şuşada baş verən kilsə məcaraları Rusiyanın gələcəyə hesablanmış siyasəti idi ki sonrakı dövrlərdə bu şəhərdən azərbaycanlıların tamamilə köçürülməsinə, etnik təmizləməyə məruz qalmasına şahid olduq. Yerli camaat, yəni azərbaycanlılar 1-ci Qarabağ müharibəsinə qədər Şuşadakı kilsələr “rus kilsəsi” adlandırılırdılar.

Köçərili məhəlləsi. 1847-ci ildə Şuşada tikilmiş Müqəddəs vəftiz İohan rus-provoslav kilsəsi

 

Şuşadakı kilsələrin ermənilərə məxsus olmadığını bir çox erməni mənbələri də təsdiq edirlər. Məsələn, erməni yazıçısı Zare Melik-Şahnazarov 1995-ci ildə Moskvada çap etdirdiyi “Zapiski karabaxskoqo soldata” kitabında Şuşadakı kilsəni “rus kilsəsi” kimi qeyd edir. Kitab 1918-ci ildə ermənilərin Qarabağda yaratdıqları və cəmi bir neçə ay yaşayan erməni “dövləti”ndən bəhs edir. 1918-ci ilin mart ayında İrandan Rus ordusuna məxsus beş min nəfərlik bir Ordu Araz çayı üzərindəki Xudafərin körpüsündən keçərək Şuşa şəhərindəki rus qərargahına gəlir. Mənbənin yazdığına görə bu ordu 1914-cü ildən 1918-ci ilə qədər olan dövrdə (I Dünya müharibəsi ərəfəsində) İrana yerləşdirilmişdi. Artıq öz missiyasını başa vuran rus hərbi bölmələri İran dövlətinin xahişi ilə artıq oradan çıxarılırdı. Erməni hərbçiləri İrandan çıxan rus ordusunu Qarabağda azərbaycanlılara qarşı döyüşməyə sövq etmək üçün, rus zabitləri ilə görüşürlər. Məqsədlərinin baş tutmadığı bu görüş barədə erməni zabiti Samson Melik-Şahnazaryan yazırdı ki, “biz rus zabitləri ilə Şuşadakı Rus Provaslav kilsəsində görüşdük”. Bu Şuşada erməni kilsəsinin olmadığını sübut edən erməni ziyalılarının etirafıdır. Əgər o dövrdə Şuşada erməni kilsəsi olsaydı o zaman Şuşanın arxiyepiskopu olardı.

 

Qarabağ bölgəsində erməni kilsəsinin fəaliyyəti Sov İKP MK-nın birinci katibi Mixail Qorbaçovun rəhbərliyi dövründə mümkün olmuşdu. Qarbaçovun göstərişi ilə Erməni Qriqorian Kilsəsinin rəhbəri II Vazgen tərəfindən Parqev Martinosyannın 1989-cu ildə Şuşaya arxiyepiskop təyin edilməsindən sonra erməni kilsəsi fəaliyyətə başladı. Elə həmin il Şuşadakı rus provaslav kilsələrinin xarici formalarının dəyişdirilərək erməni kilsəsi adlandırılmasına səbəb oldu.

 


 

Qarabağ bölgəsində yerləşən bütün kilsələr 1930-cu ildə SSRİ hökumət rəhbərlərinin göstərişi ilə qapadılmış və bəzilərindən yem anbarı kimi istifadə olunmuşdur. SSRİ Hökumətinin bu qərarından sonra Şuşadakı rus kilsələri də baxımsız qalaraq yararsız hala düşmüşdülər.

 

1988-ci ildən Qarabağda yaşayan ermənilərin artan millətçilik tələbləri fonunda alban dövrü kilsələrin erməniləşdirilməsinə və aktiv olmayan rus kilsələrinin işlək vəziyyətə gətirilməsi və yeni erməni kilsələrinin tikilməsi siyasəti aparılmağa başladı və bu da nəticə etibarı ilə 1992-ci ildə Azərbaycanın 20% torpaqlarının Ermənistanın Silahlı Qüvvələrinin işğalı altına düşməsinə səbəb oldu.

 

Son 28 ildə Ermənistanın İşğalı Altında qalan Azərbaycan ərazilərinin erməniləşdirilməsi Ermənistan Hökumətinin Dövlət siyasətinin bir hissəsini təşkil edirdiki bu da Şuşadakı rus provaslav kilsələrindən də yan keçmədi. Tarixi baxımdan nə Şərqi Zəngəzur, nə Qarabağ bölgələrində və nədə Şuşa şəhərində heç vaxt erməni kilsəsi və ya kilsələri mövcud olmamışdır. Dünyanın heç bir arxivindən bunu sübut edə bilən heç bir sənədə rst gəlmək mümkün deyildir.

Faiq İsmayılov
AMEA A.Bakıxanov adına Tarix İnstitunun əməkdaşı.

© Xəbərlərdən istifadə edərkən www.tarixinstitutu.az saytına istinad zəruridirhttp://

Paylaş: