24.11.2021 15:27
24 oktyabr 2021- ci il AMEA A.A Bakıxanov Adına Tarix İnstitutunda Azərbaycan Səfəvilər dövlətinin yaranmasının 520 illiyi münasibəti ilə dəyirmi masa keçirilib.
Dəyirmi masanı giriş sözü ilə institutun icraçı direktoru Cəbi Bəhramov açdı. O, bildirdi ki,Azərbaycanın milli dövlətçilik tarixindən danışarkən ilk növbədə Səfəvilər dövlətini xatırlamamaq mümkün deyil. 4 min illik dövlətçilik tarixində məhz Azərbaycan Səfəvilər dövləti bütün Azərbaycan torpaqlarını bir dövlətin tərkibində, bir bayraq altında birləşdirməyə nail olub.Azərbaycan Səfəvilər dövləti Azərbaycan milli tarixinin qızıl dövrüdür.Milli kimliyimizin tanıdılması baxımından bu dövr möhtəşəm Azərbaycan türk dövlətinin və imperiyasının mövcud olduğu dövr kimi tarixə düşüb. Bu dövlət təkcə bütün Azərbaycan ərazilərinə deyil ,həm də, bir sıra qonşu torpaqlara da özünə tabe edən bir dövlət olmuşdur.Azərbaycan Səfəvilər dövləti 230 ildən artıq bir müddətdə Osmanlı imperiyasından sonra Ön Asiyada söz sahibi olub.Azərbaycan türklərinin qurduğu bu dövlət təkcə hərb tariximizdə deyil, eləcə də milli dövlət quruculuğu tariximizdə mühüm yer tutur.
Bundan sonra söz institutun orta əsrlər tarixi şöbəsinin rəhbəri ,səfəvişünas alim ,t.e.d.,dos.Tofiq Nəcəfli yə verildi.O “I Şah İsmayıl Xətai Azərbaycan dövlətinin banisidir” mövzusunda məruzə ilə çıxış etdi və bildirdi ki, Uzun Həsənin nəvəsi görkəmli dövlət xadimi I Şah İsmayıl Xətai babasının başladığı işi başa çatdırdı, şimallı-cənublu bütün Azərbaycan torpaqlarını öz hakimiyyəti altında birləşdirib vahid mərkəzləşdirilmiş dövlət qurdu.T.H.Nəcəfli öz mruzəsində qeyd etdi ki,: “Paytaxtı Təbriz şəhəri olan vahid, mərkəzləşdirilmiş Azərbaycan dövləti - Səfəvi dövləti idi. Səfəvilərin hakimiyyəti dövründə Azərbaycan dili dövlət dilinə çevrildi. Şah İsmayıl, Şah Təhmasib, Şah Abbas və digər Səfəvi hökmdarlarının həyata keçirdikləri uğurlu islahatlar, daxili və xarici siyasət nəticəsində Səfəvi dövləti Yaxın və Orta Şərqin ən qüdrətli imperiyalarından birinə çevrildi.”
Sonra söz İnstitutun “ Tarixi nəzəriyyə,tarixşünaslıq və mənbəşünaslıq “ şpbəsinin rəhbəri, t.e.d.prof.Ş.F.Fərzəliyevə verildi.O,öz şıxışında qeyd etdi ki, Azərbaycan Səfəvilər dövlətinin banisi İsmayıl Səfəvi həm şah, həm də şair kimi tarixdə iz qoyub.I Şah İsmayıl Azərbaycan dilində gözəl şeirlərin, mükəmməl ədəbi abidə olan “Nəsihətnamə” və “Dəhnamə” (“On məktub əsərlərinin müəllifidir.Şah İsmayıl Xətai öz dövrünün tanınmış şairi idi, özündən sonra Azərbaycan dilində yazırdıqı şeirlər toplusu (divan) qoyub getmişdir. Şah İsmayıl Şərq tarixində görkəmli sərkərdə və dövlət xadimi kimi tanınırdısa, Azərbaycan klassik poeziyası xəzinəsində Xətai təxəllüslü şair kimi də şərəfli yeri vardır. Şah İsmayıl Xətai indiyədək yeddi böyük ələvi şairindən biri sayılır. O, təkcə ana dilində yazan şairləri, Azərbaycan alimlərini, incəsənət xadimlərini təşviq etmirdi, həm də bütövlükdə incəsənətin, elmin inkişafına himayədarlıq edirdi.
Daha sonra söz “Yeni tarix və azərbaycanlıların soyqırımı” şöbəsinin rəhbəri ,t.ü.f.d. dos Hacı Həsənova verildi.Hacı Həsənov bildirdi ki, Azərbaycan xalqının I Şah İsmayılla təkcə böyük dövlət xadimi kimi deyil, həm də cəsur, istedadlı sərkərdə, yüksək mənəvi keyfiyyətləri ilə seçilən bir hpkmdar və diplomat kimi o vaxtlar Azərbaycana gələn Qərb diplomatlarında da heyran qoyan şəxsiyyət kimi fəxr etməyə tam haqqı vardır. Biz onun sərkərdə istedadı sayəsində yaranmış tarixi dövlətin varisləriyik.Daha sonra o,öz çıxışında Azəbaycan Səfəvilər dəvləi tarixinə böhtan atanlara ,qara yaxanlara və onu saxtalaşdıranlara tutarlı və sərt cavablar vermək üçün səvəvişünaslıq sahəsində yeni tədiqatların aparılmasına böyük ehtiyac vardır.
Daha sonra məruzələr ətrafında çıxışlar oldu.
Dəyirmi masa institutunun icraçı direktoru Cəbi Bəhramovun yekun nitqi ilə başa çatdı.
© Xəbərlərdən istifadə edərkən www.tarixinstitutu.az saytına istinad zəruridirhttp://