02.12.2021 10:51
AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun "Orta əsrlər tarixi" şöbəsinin aparıcı elmi işçisi, dosent Şahlar Şərifovov Ukrayna və Kanadnın birlikdə təşkil etdiyi XIII Beynəlxalq Elmi Konfransda iştirak etmiş və “Azərbaycanın Şamaxı şəhərinin erkən orta əsrlər tarixi ərəbdilli mənbələrdə” adlı məruzə ilə çıxış etmişdir. Məqalə (ISSN 2663-2225, Labyrinths of Reality Issue 8 (13),Collection of scientifical works (based on materials of the ХIІI International scientific and practical conference October 14-15, 2021, s.79-84) jurnalında nəşr olunmuşdur.
Məqalədə ərəbdilli mənbələrə istinadən Azərbaycanın orta əsr paytaxt şəhərlərindən olan Şamaxı haqqında geniş məlumat verilib. Ərəbdilli mənbələr tədqiq və təhlil edildikdə məlum olur ki, Şamaxı şəhərinin salınma tarixi erkən xilafət dövrünə gedib çıxır. Hətta farsdilli müəlliflərdən olan Həmdullah Qəzviniyə görə Şamaxı şəhərinin salınma tarixi Xilafətdən əvvəlki dövrə, yəni VI əsrə aiddir. Digər şəhərlər kimi Şamaxı şəhəri də orta əsrlərdə yerli feodallar və gəlmə ərəblər tərəfindən idarə olunurdu. İqtisadi, ictimai, siyasi, mədəni və təsərrüfat baxımından digər şəhərlərdən geri qalmayan Şamaxı, orta əsrlərdə Azərbaycanın inkişaf etmiş şəhərlərindən biri olmuşdur. Bu baxımdan Azərbaycan və onun şəhərləri haqqında məlumat verən ərəbdilli müəlliflər Şamaxı haqqında da geniş məlumat verirlər.
Xəbərlərdən istifadə edərkən www.tarixinstitutu.az saytına istinad zəruridirhttp://