AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Dekabrın 3-də AMEA A.A Bakıxanov adına Tarix İnstitutunda Azərbaycanın dahi şairi Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş “Nizami Gəncəci dövrü Azərbaycan tarixi ” mövzusunda respublika elmi konfransı keçirilib

04.12.2021 15:48

Konfransı giriş sözü ilə açan,Tarix İnstitutunun baş elmi işçisi,akademik Nərgiz Axundova Azərbaycan Respublikasının Prezident İlham Əliyev tərəfindən cari ilin “Nizami Gəncəvi ili” elan olunmasını mədəniyyətimizə və milli-mənəvi dəyərlərimizə göstərilən yüksək dəyərin təzahürü olduğunu qeyd edərək dahi şairin zəngin irsinin daha dərindən öyrənilməsi və dünyada geniş təbliği baxımından xüsusi əhəmiyyət kəsb etdiyini bildirdi. Dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş parlaq və zəngin irsindən danışdı və qeyd etdi ki,tarixin bütün mərhələlərində,xüsusilə də XX əsrdə dahi şairin irsinin öyrənilməsi sahəsində çox böyük işlər görülmüşdür.Onun yubileyləri keçirilmiş ,əsərləri bir neçə dəfə müxtəlif dillərə tərcümə edilərək nəşr edilmişdir.Akademik N.Axundova Nizami Gəncəvi irsinin tədqiqi,öyrənilməsi işinə Ulu öndər Heydər Əliyevin göstərdiyi qayğıdan bəhs edərək onun adının və irsinin əbədiləşdirilməsi gördüyü işlərdən söhbət açdı.

“Nizami Gəncəvi dövrü Azərbaycan tarixi” mövzusunda konfrans keçirilib

“Nizami Gəncəvi dövrü Azərbaycan tarixi” mövzusunda konfrans keçirilib

Bundan sonra söz alan Tarix İnstitunun icraçı drektoru Cəbi Bəhramov şairin 880 illik yubileyinin yalnız Azərbaycanda deyil, dünyanın müxtəlif ölkələrində də qeyd olunduğunu diqqətə çatdırdı. Dahi Nizaminin zəngin yaradıcılığı barədə məlumat verən Cəbi Bəhramov dahi Azərbaycan şairinin yubileylərinin hər zaman beynəlxalq səviyyədə qeyd olunduğunu,Sovet hakimiyyəti illərində onun qəbrinin açılması və buna münasibət , XX əsrin 70-ci illərində onun məzarının yerinin dəyişdirilməsi məsələsinə və bu məsələ ilə bağlı ulu öndər Heydər Əliyein mövqeyi və o zaman Tarix İnstitunun direktou akademik İqrar Əliyevə müraciət edərək onun fikrini öyrənməsi və digər məsələlərdən söhbət açaraq Nizami Gəncəvi irsinə respublika rəhbərinin necə böyük diqqətlə yanaşdığını qeyd etdi.

Daha sonra instititun şöbə müdiri , tarix elmlər doktoru ,professor Şahin Fərzəliyev “Nizami Gəncəvinin”Məxzənul-əsrar”minacatlara və nə tlərə dair”,institutun aparıcı elmi işçisi ,tarix elmlər doktoru Xeyirbəy Qasımov “Nizami Gəncəvi və Azərbaycan İntibahı problemi”,Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru.,dosent Səadət Şıxıyeva ,“Nizaminin Şirininin milli mənsubiyyəti:tarixi qaynaq və poetik təxəyyül işığında” , inistitutun aparıcı elmi işçisi,tarix üzrə fəlsəfə doktoru,dosent. Mübariz Ağalarlı “Ədəbi əsərlərin Azərbaycan tarixinin öyrənilməsində rolu (Nizami Gəncəvinin yaradıcıllığı əsasında),Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun aparıcı elmi işçisi , filologiya üzrə fəlsəfə doktoru Nəzakət Məmmədli ,”Nizaminin

“İsgəndərnamə”əsərində Azərbaycan”,institutun şöbə müdiri ,tarix üzrə fəsəfə doktoru,dosent Allahverdi Əlimirzəyev “Makidoniyalı İsgəndərlə Nüşabənin görüşü harada olmuşdur”, institutun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru,dosent. Leyla Hüseynova “Nizami Gəncəvi irsinin təbliği Heydər Əliyevin mədəniyyət siyasətinin bir hissəsi kimi”, insitutun baş elmi işçiləri Məlikzadə Sevinc və Nəcəfova Rəna “Nizami Gəncəvi yaradıcılığına Avropada münasibət” və Sumqayıt şəhər 15 nömrəli məktəbin müəlliməsi Aybəniz Əsgərova “Nizami Gəncəvi yaradıcılığında tarixi şəxsiyyətlər”mövzularında məruzələrlə çıxış etdilər.Konfrans edilən məruzələrdə çox maraqlı və diqqəti cəlb edən məlumatların dinlənilməsi ilə başa çatdı.

Xəbərlərdən istifadə edərkən www.tarixinstitutu.az saytına istinad zəruridirhttp://

 

Paylaş: