09.12.2021 11:24
2021-ci il dekabrın 8-də AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunda Ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı dəyirmi masa keçirilmişdir.
Giriş sözü ilə institutun icraçı direktoru C.Ə.Bəhramov açdı və Ümummilli liderin xatirəsi bir dəqiqlik sükutla yad edildikdən sonra, məruzələr dinlənildi.
İnstitutun “Əliyevşünaslıq” şöbəsinin rəhbəri,t.e.d. Ə.Q.Qasımov öz məruzəsində Ulu Öndərin həyat və fəaliyyətinin çox maraqlı məqamlarına toxundu,onun şəxsi keyfiyyətlərindən,Vətəninə,millətinə,Azərbaycan torpağına və öz ailəsinə olan sonzuz məhəbbətindən söz açdı.Onun xalqımızın taleyində müstəsna yeri olan dahi bir şəxsiyyət olduğunu xüsusi olaraq qeyd etdi.
Bundan sonra söz “Əliyevşünaslıq” şöbəsinin a.e.i.,t.ü.f.d.,dos.L.Hüseynovaya verildi.Leyla Hüseynova öz çıxışında Ulu Öndərin fəaliyyətinin çox maraqlı hissəsi olan Azərbaycan Respublikasının həm sovet hakimiyyəti illərində,həm də dövlət müstəqilliyinin bərpasından sonrakı dövrdə ərazi bütövlüyünü qoruyub saxlamaq və bərpa etmək uğrunda apardığı mübarizədən söhbət açdı.Diqqəti cəlb edən faktlara istinad edən Leyla Hüseynovanın məruzəsi çox maraqla qarşılandı.
İnstitutun şöbə müdiri t.ü.f.d.,dos.H.Həsənov Ulu Öndərlə bağlı xatirələrindən söhbət açdı və qeyd etdi ki,məhz onun keçən əsrin 70-ci illərində həyata keçirdiyi tədbirlər nəticəsində minlərlə sadə insanların ,o cümlədən onun özünün də ali məktəbə daxil olmaq imkanı qazandığını dərin minnətdarlıqla xatırladı.Məruzələr ətrafında t.ü.f.,dos.E.Məhərrəmov və başqa əməkdaşlar çıxış etdilər.Yekun sözü ilə icraçı direktor t.ü.f.,dos.C.Ə.Bəhramov çıxış etdi.
Xəbərlərdən istifadə edərkən www.tarixinstitutu.az saytına istinad zəruridirhttp://