AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

AMEA-nın Tarix İnstitutu illik hesabatını təqdim edib.

10.12.2021 15:15

10 dekabr 2021-ci il tarixində institutun növbəti Elmi Şurası keçirilmişdir. Elmi Şurada müzakirə olunan əsas məsələ institutun 2021-ci ildə elmi-tədqiqat planına əsasən gördüyü işlər oldu. İclasda AMEA Rəyasət Heyətinin İctimai və Humanitar Elmlər bölməsinin Elmi Şurasının üzvü olan, Milli Azərbaycan Tarix Muzeyinin baş direktoru akademik Nailə Vəlixanlı da iştirak etmişdir.

Şura üzvləri ilk öncə 2021 -ci ildə dünyasını dəyişən institut əməkdaşların xatirəsini bir dəqiqəlik sükütla yad etdilər. Daha sonra, iclası giriş sözü ilə açan institutunun baş direktoru, professor Kərim Şükürov müəssisənin elmi-tədqiqat işlərinin yekunlarına dair qısa hesabatla hər kəsi tanış etdi.O, cari ildə aparılan elmi-tədqiqat işlərinin nəticələri, onların elmi və praktiki əhəmiyyətindən danışaraq, həmçinin, institutun gələcək planlarından da söz açdı.

Daha sonra institutun elmi katibi tarix üzrə fəlsəfə doktoru Ellada Bəkirova hesabat ilində keçirilən beynəlxalq və respublika əhəmiyyətli elmi konfranslar, əməkdaşların iştirak etdiyi beynəlxalq konfranslar haqqında məlumat verdi, institut əməkdaşlarının beynəlxalq indeksli jurnallarda dərc edilmiş elmi məqalələri barədə statistik göstəriciləri diqqətə çatdırdı. Sonra çıxışlar ətrafında geniş müzakirələr aparılıb, sual və təkliflər səsləndirildi.

Elmi şura üzvləri institutun 2021-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətini qənaətbəxş qiymətləndirdilər.

İctimaiyyətlə əlaqələr şöbəsi

Xəbərlərdən istifadə edərkən www.tarixinstitutu.az saytına istinad zəruridirhttp://

Paylaş: