AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

ZƏNGƏZUR DƏHLİZİ: süni maneələr, yalan iddialar...

16.12.2021 10:14

İkinci Qarabağ müharibəsindən sonra populyarlıq qazanan “Zəngəzur dəhlizi” ideyası Ermənistanda ciddi müzakirələrə və populist çıxışlara səbəb olub. Bütün erməni cəmiyyətinə və hakim dairələrinə  yalnız bir fikir hakim kəsilib:  “Zəngəzur Ermənistan ərazisidir oradan Naxçıvana dəhliz vermək yolverilməzdir”. Ermənilərin “Zəngəzur tarixi erməni torpaqlarıdir” deyimindən boylanıb ən yaxın tariximizə belə nəzər salanda Zəngəzurun ermənilərə heç bir aidiyyatının olmadığı görünür.

C:\Users\Lenovo\Desktop\Zəngəzur tarix\5fc99224a1f33.jpg 

Tarixən heç vaxt Zəngəzur ərazilərinin ermənilərə heç bir aidiyyatı olmayıb. Rusiyanın işğalına qədər ermənilərin mövcudluqlarına, heç bir izlərinə belə rast gəlinmir. Son 100 ildə Zəngəzurda  da, Qarabağda olduğu kimi ermənilər tərəfindən mütəmadi olaraq azərbaycanlılara qarşı talanlar, qarətlər, qətllər, soyqrımlar törədilib ərazi etnik təmizləməyə məruz qalıb.  Beləki, Erməni 

millətçiləri birinci Qarabağ müharibəsindən xeyli öncə, indiki Ermənistan ərazisində öz mövcudluğunu qoruyub saxlayan Zəngəzurun 100-dən çox inzibati yaşayış mərkəzlərinin, onlarla inzibati binaların və yaşayış evlərinin, tarix və mədəniyyət abidələrini və monumental heykəltəraşlıq nümunələrinin, şose və dəmiryol infrastrukturlarını tamamilə dağıdıb yararsız hala saldılar. Zəngəzur “bizimdir” deyən əhalinin, bu dağıntıları nəyə görə etdiklərinin isə indiyədək izahını  verə bilmirlər. 

1828-ci il Rusiyanın işğalından 33 il sonra, məhz Rusiyanın təşəbbüsü ilə Zəngəzur vilayəti Zəngəzur qəzasına çevrildi. Qəzanın əmlakının qiymətləndirilməsi üçün Mokritski Andrey,   Orlov İvan, İskəndərov İvan, Ağasarov Cahangirdən ibarət qiymətləndirmə komissiyası yaradıldı. Təbii ki bu komisiyada da bir erməni soyadına rast gəlmək olmur. O zaman sual olunur, əhər ərazi ermənilərə aid olubsa nədən belə məsul bir iş üçün yaradılan komisiyanın tərkibində bir nəfər də olsun erməni olmayıb?

1861- ci ildə yaradılan Zəngəzur qəzası: - Şimali Azərbaycan torpaqlarında Rusiyanın yaratdığı ilk inzibati ərazi vahidlərindən biri olmuşdur. Zəngəzur qəzası Azərbaycan ərazisi kimi, 1867-ci ildə Azərbaycanda yaradılan Yelizavetopol (Gəncə) quberniyasının tərkibinə verildi və Zəngəzur Rusiyada Sosialist İnqilabının qələbəsinin ilk illərinə qədər yəni (1920-ci ilə qədər) Gəncə Quberniyasının tərkibində qaldı. Yəni Zəngəzur 1920-ci ilə qədər Azərbaycan ərazisinə daxil idi. O dövrdə  Zəngəzurda 149 türk kəndi, 91 kürd kəndi və məskunlaşdırılmadan sonra yeni yaradılan 81 erməni kəndi var idi. Bu tarixi həqiqətlər erməni anlamından çox uzaqdır. Ermənilər bu faktları eşitmək belə istəmirlər.

Azərbaycanda 1920-ci ildə Sovet Hakimiyyəti qurulduqdan sonra Zəngəzurun Qafan, Mehri, Gorus  və Qarakilsə bölgələri yenicə yaradılan Ermənistan vilayətinə birləşdirildi. Ruslar tərəfindən İranın Gorus əyalətindən gətirilib Zəngəzurda «müvəqqəti» məskunlaşdırılan fars mənşəli ermənilərin toplum halda yaşadıqları Gorus adlı qəsəbə, Zəngəzur qəzasının mərkəzi elan edildi. Zəngəzur Qəza İcraiyyə Komitəsinin sədri vəzifəsinə əslən indiki Laçın rayonunun Əhmədli kəndindən olan Ocaqqulu Musayev  təyin edildi. 

Ocaqqulu Musayev, 1896-cı ildə Laçın rayonunun Əhmədli kəndində anadan olub. 1918-ci ildə Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin üzvü seçilib və Zəngəzur qəzasının ərzaq komissarı kimi fəaliyyət göstərib. 1920-ci ildə Zəngəzur qəzası yaradılanda,  Zəngəzur Qəza İcraiyyə Komitəsinin sədri vəzifəsinə təyin edilib. Ocaqqulu Musayev 1922-ci ildə ömrünün gənc çağlarında Gorus şəhərində vəzifə başında ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilib.

Bu hadisə Azərbaycana azərbaycançılığa, türkə türkçülüyə qarşı ədavətdən, kindən, nifrətdən, düşmənçilikdən  irəli gəldiyini göstərirdi. İrandan gətirilib Zəngəzurda məskunlaşdırılan gəlmə bir toplumun nümayəndələri Sovet Hökumətinə meydan oxuyaraq, hökumətin yüksək vəzifəyə təyin etdiyi qanıyla canıyla torpağına bağlı olan tanınmış bir şəxsi vəzifə başında qətlə yetirirlər və cəzasız qalırlar. Məhz bu cəzasızlığın nəticəsi idiki ermənilərin torpaq iddiaları, törətdikləri soyqrımlar bitib tükənmək bilmirdi. İndi “Zəngəzur dəhlizi” layihəsinə etiraz edən ermənilər, hətta öz ağsaqqallarından soruşsalar belə bilərlərki 1936-cı ildən 1992-ci ilə qədər Zəngəzur dəhlizi Ermənistanın deyil Azərbaycanın nəzarətində olub.

Yeni tariximizdən bizə məlumdur ki, Mehri rayonu Sovet dövrü Azərbaycanın Ermənistan üzərindən nəqliyyat dəhlizi rolunu oynayıb. Beləki 1936-cı ildə Bakıdan çıxan ilk qatar Mincivan – Culfa dəmir yolu xətti ilə Qafanın mis mədənlərinə gəldi. Bundan sonrakı dövrlərdə Bakı – İrəvan, Moskva – Naxçıvan – Tehran marşrutları ilə sərnişin və yük qatarları bu dəhliz vasitəsi ilə müntəzəm olaraq SSRİ-nin süqutuna qədər fəaliyyət göstərdi. 

İndi bütün erməni vətəndaş cəmiyyəti  və  Ermənistan rəhbərliyi  Zəngəzur dəhlizinin Ermənistana məxsusluğunu iddia edir.  Lakin, Ermənistanın və Rusiyanın Dövlət Arxivləırində olan sənədlər sübut edirki,  hətta Sovet dövründə belə, Mincivan – Ordubad nəqliyyat dəlizinə məxsus bütün infrastruktur Azərbaycana məxsus olub. Dəhliz Araz çayı boyunca İranla həmsərhəd olduğuna görə, bu əraziyə ermənilər xüsusi icazələri olmadan buraxılmırdılar. Ermənilər heç vaxt bu dəhlizə sərbəst şəkildə girib çıxa bilmirdilər. SSRİ Xüsusi Xidmət Orqanları  yalnız xüsusi buraxılışı olanlara Mehriyə gəlməyə icazə verirdilər.

Zəngəzur dəhlizi bütün tarixi boyu Azərbaycanın nəzarətində olub. Stansiyalara və bütün infrastrukturlara nəzarət, qatarlara satılan biletlər Bakıya məxsus idi.  Qatarların hərəkət cədvəlini və stansiyaların iş qrafikini Bakı təşkil edirdi. Dəhlizin təhlükəsizliyini SSRİ Sərhəd qoşunları həyata keçirirdi. 

Dəhlizdə Qatarların fəaliyyəti 1991-ci ilə qədər davam etdi. 1988-ci ildən Ermənistanda baş qaldıran qanunsuz silahlı dəstələr qatarların hərəkətinə mane olmağa başladılar. Beləki bu silahlı dəstələr sərnişinlərə xəsarət yetirir onları soyur, yüklərini əllərindən alaraq mənimsəyirdilər. Son yük qatarı bu dəhlizdən 1992-ci ildə Arazboyu keçərək öz fəaliyyətini sona çatdırdı. Naxçıvan blokadaya düşdü.

Dəhlizdə hərəkət dayandırıldıqdan sonra, dəhliz boyu Azərbaycana məxsus stansiyalar və depolar qarət olunaraq yandırıldı. Erməni seperatçıları Mincivan – Culfa, Ağdam – Əsgəran – Xankəndi dəmir yolu  magistralındakı dəmiryol reyslərini, dəmir dirəkləri, məftilləri və hətta bütöv vaqonları İranın İsfahan və digər şəhərlərdəki metaləritmə zavodlarına satırdılar.                    

 Mehri stansiyasından tapılan biletlər, stansiyanın aylıq, illik hesabat sənədləri göstərir ki bu stansiyada aparılan işlərin Ermənistana aidiyyatı olmamışdır. Nəqliyyat dəhlizində  yerləşən bütün infrastrukturlara Azərbaycan cavabdehlik daşımışdır. İndi Zəngəzur Dəhlizinin açılmasına maneçilik törədən erməni başbilənlərinə belə bir sual ünvanlayıram: Zəngəzur dəhlizi Ermənistan ərazisidirmi? Elə isə bəs onda niyə dağıdıb xarabalığa çevirdiniz? 

Faiq İsmayılov

AMEA A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşı.

C:\Users\Lenovo\Desktop\Zəngəzur tarix\2021-12-13_19-40-28.png

Mehri dəmiryol stansiyasının qarşısında erməni millətçisi Şaumyanın büstü ona görə dağıdıldı ki, onu azərbaycanlılar inşa etmişdilər.

C:\Users\Lenovo\Desktop\Zəngəzur tarix\23.jpeg 

Zəngəzur dəhlizindəki bütün tarix və mədəniyyət abidələri və monumental heykəllər ya ermənilər tərəfindən yararsız hala salındı yada erməniləşdirildi.

© Xəbərlərdən istifadə edərkən www.tarixinstitutu.az saytına istinad zəruridirhttp://

Paylaş: