21.12.2021 14:19
AMEA Tarix İnstitutunun “Qədim tarix” şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Allahverdi Əlimirzəyev və həmin şöbənin böyük elmi işçisi Ramin Əlizadə 2021-ci il 10 dekabrda Ankara Universitetinin Dil və Tarix-Coğrafiya fakültəsində olublar. Onlar Ankara Universitetinin Dil və Tarix-Coğrafiya fakültəsinin “Qədim dillər və mədəniyyətlər” şöbəsinin müdiri professor doktor İrfan Albayrak və həmin şöbənin əməkdaşları professor doktor Cahid Günbattı, professor doktor Salih Çeçen ilə Şumer, Akkad və Urartu tarixi, dili və mədəniyyəti ilə bağlı müzakirələr aparmışlar. Allahverdi Əlimirzəyev və Ramin Əlizadə daha sonra Ankara Universitetinin“Qədim dillər və mədəniyyətlər”şöbəsinin professor Emin Bilgic adına kitabxanasının zəngin kolleksiyası, o cümlədən burada saxlanılan mixi yazılı mətnlərlə yaxından tanış olmuşlar. Professor doktor İrfan Albayrak AMEA Tarix İnstitutunun əməkdaşları ilə görüşün qədim tarixlə bağlı birgə elmi araşdırmaların aparılması istiqamətində ilk addım olduğunu bildirmişdir.
Bu görüş zamanı AMEA Tarix İnstitutunun “Qədim tarix” şöbəsi ilə Ankara Universitetinin Dil və Tarix-Coğrafiya fakültəsinin “Qədim dillər və mədəniyyətlər” şöbəsi arasında magistr hazırlığı ilə bağlı razılıq da əldə olunmuşdu.
© Xəbərlərdən istifadə edərkən www.tarixinstitutu.az saytına istinad zəruridirhttp://