AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Tarixçi alimlər Urartu hökmdarlarının mixi yazılı kitabələri ilə yaxından tanış olublar

21.12.2021 14:39

Azərbaycan Milli Elmlər Akademiyasının A.Bakıxanov adına Tarix İnstitutunun Qədim tarix şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru, dosent Allahverdi Əlimirzəyev və şöbənin böyük elmi işçisi Ramin Əlizadə Türkiyənin Van şəhərində elmi ezamiyyətdə olublar.

Səfər Azərbaycanın qədim tarixinin öyrənilməsində müstəsna rolu olan Urartu mixi yazılı kitabələrini yerində oxumaq məqsədi ilə təşkil edilib. Tarixçi alimlər Van şəhəri yaxınlığında yerləşən Urartu qalasında Urartu hökmdarları I Sardurinin, Minuanın və I Argişitinin mixi yazılı kitabələri ilə yaxından tanış olublar.

“Van şəhəri yaxınlığındakı Urartu qalasının mixi yazılı kitabəsində erməni vandalizminin şahidi olduq. Urartu qalasının bələdçisi Yılmaz Yasavur bizə məlumat verdi ki, üç il əvvəl iki nəfər erməni Urartu hökmdarı I Argişitinin Hor-hor kitabəsinin mətnini dağıdaraq, bir hissəsini aparmağa cəhd edib. Bu fakt ermənilərin tarixi abidələrə qarşı vandal əməllərinin bir daha təsdiqləyir”, - deyə tarixçi alim Ramin Əlizadə qeyd edib.

 

© Xəbərlərdən istifadə edərkən www.tarixinstitutu.az saytına istinad zəruridirhttp://

Paylaş: