22.12.2021 12:42
Ukrayna Milli Elmlər Akademiyasının Aqatangel Krım adına Şərqşünaslıq İnstitutunun 30 illik fəaliyyətinə həsr olunmuş beynəlxalq elmi konfrans keçirilib.Konfransda AMEA Tarix İnstitutunun Beynəlxalq münasibətlər və diaspora tarixi şöbəsinin elmi işçisi,siyasi elmlər üzrə fəlsəfə doktoru Pərvanə Mustafazadə iştirak edib.Pərvanə Mustafazdə “İkinci Qarabağ müharibəsindən sonra Türk xalqının mədəni irsinin bərpası” adlı geniş məruzə ilə çıxış edib.Bildirib ki,erməni vandalizmin törətdiyi dağıntılar nəticəsində Qarabağ ərazisində yerləşən Azərbaycan xalqının tarixi abidələr və mədəni irsi məhv edilmişdir.Lakin Böyük Zəfərdən sonra Azərbaycan dövləti tarixi mədəni irsinin bərpa prosesini başlatmışdır və məruzəçi bu prosesin xüsusiyyətləri haqqında məlumat verib.
©Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir