AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

20 Yanvar – Qanla yazılan azadlıq tariximiz

19.01.2022 14:24

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə azadlığı və milli müstəqilliyi uğrunda sovet müstəmləkə rejiminin ordusuna qarşı mübarizə aparan Azərbaycan xalqının ən yeni tarixində qəhrəmanlıq səhifəsi yazıldı. Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun göstərişi əsasında Bakıya yeridilən qaniçən imperiya ordusu həmin gün dinc sakinləri qətlə yetirdi. Bu qanlı əməllərinə görə Beynəlxalq Cinayət Məhkəməsində (Haaqa Məhkəməsi) cavab verməli olan M. Qorbaçov Bakıda həyata keçirdiyi Qanlı Yanvar faciəsindən qısa müddət keçəndən sonra Nobel Sülh mükafatına “layiq” görüldü. Nobel Sülh mükafatının azərbaycanlıları qətlə yetirmək üçün Bakıya ordu yeridən diktatora təqdim edilməsi bu mükafatın verilməsində ədalət prinsipinin nəzərə alınmadığını sübut edir. Ermənipərəst mövqeyi ilə tanınan və xaricdəki erməni lobbisinin varlı nümayəndələrindən müxtəlif “hədiyyələr” alan M. Qorbaçov bunun müqabilində azərbaycanlılara qarşı kütləvi qırğın planını xüsusi qəddarlıqla həyata keçirməyə söz vermişdi. Onun üçün dinc vətəndaşların hüquqlarını pozmaq adi hal idi. M. Qorbaçov SSRİ Konstitusiyasının 119-cu maddəsini kobud şəkildə pozaraq qeyri-qanuni olaraq Bakı şəhərində fövqəladə vəziyyət elan edilməsi haqqında fərman imzaladı. Yenə onun xüsusi göstərişi əsasında SSRİ Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyinin xüsusi təyinatlıları və DTK-nın təxribat qrupları Bakı istiqamətində irəliləməyə başladılar. Qanlı Yanvar hadisəsini məhz bu qüvvələr törətdi. Bakıya yeridilən imperiya ordusuna azərbaycanlıların müstəqil dövlətçilik ideyalarını, Qarabağda erməni separatizminə son qoyulması barədə səsləndirdikləri kütləvi nümayişləri dağıtmaq, həmçinin Azərbaycanın SSRİ-nin tərkibindən çıxmasına şərait yaradan milli-azadlıq hərəkatını qani içində boğmaqla, dinc və sadə xalqın gözünü qorxutmaq üçün qırğın törətmək tapşırılmışdı. SSRİ DTK-nın

Ramin Əlizadə, 

AMEA Tarix İnstitutunun böyük elmi işçisi

©Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir

Paylaş: