02.02.2022 14:10
Görüşdə AMEA Tarix İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Leyla Babazadə, Şuranın üzvləri Samirə Hadıyeva və Elçin Məhəmmədli iştirak etmişdir. Görüşdə Qafqaz Albaniyası ilə bağlı araşdırmaların bu günki vəziyyəti, gələcək üçün planlanan prioritet istiqamətlər müzakirə edilmişdir. Dünya miqyasında tanınan albanşünas Fəridə Məmmədovanın Beynəlxalq Multikulturalizm Mərkəzinin təşəbbüsü ilə yeni nəfəs qazanmış “Caucasian Albania and Albanians” monoqrafiyası İnstitutun əməkdaşlarına hədiyyə edilmişdir. Bundan əlavə, institutun əməkdaşları mərkəzin digər nəşrləri ilə tanış olmuş, gələcəkdə əməkdaşlıq üçün təməllər atılmışdır.
©Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir