17.02.2022 14:07
Azərbaycan Milli Elmlər Akademiyası A.A.Bakıxanov adına Tarix İnstitutu və Arxeologiya,Etnoqrafiya və Antropologiya İnstitutunun birgə təşkilatçılığı ilə fevralın 18-də “ŞUŞA-270: ARXEOLOGİYASI, TARİXİ, ETNOQRAFİYA VƏ ANTROPOLOGİYASI” adlı respublika elmi konfransı keçiriləcəkdir.
Elmi konfrans Prezident İlham Əliyevin Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Sərəncamına uyğun olaraq keçirələcək.
Konfrans Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa, onun tarixi,arxeologiyası, 44 günlük Vətən müharibəsində qazandığımız Zəfər və digər mövzuları əhatə edəcək.
Ünvan: H.Cavid pr. 115, AMEA-nın əsas binası, A.A.Bakıxanov adına Tarix İnstitutunun Konfrans zalı, VI mərtəbə.
©Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir