19.02.2022 16:47
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.Bakıxanov adına Tarix İnstitutunda “Şuşa-270: Arxeologiyası, tarixi, etnoqrafiya və antropologiyası” mövzusunda respublika elmi konfransı keçirilib. Azərbaycan Respublikası Prezidentinin 2022-ci ilin ölkəmizdə “Şuşa İli” elan edilməsi haqqında Sərəncamına uyğun olaraq planlaşdırılan tədbiri Tarix İnstitutu və Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu birgə təşkil edib.
Konfransı açan AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, akademik Gövhər Baxşəliyeva Şuşa şəhərinin tarixən Azərbaycanın mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olduğunu qeyd edib. O diqqətə çatdırıb ki, Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində işğaldan azad olunan Şuşa şəhərinin tarixi görkəminin bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması və ənənəvi dolğun mədəni həyatına qovuşması üçün bərpa-quruculuq işləri sürətlə davam etdirilir.
Tədbirdə tarixçi-alimlər, professorlar Abbas Seyidov, Kərim Şükürov çıxış ediblər. Vurğulanıb ki, Prezident İlham Əliyev Şuşanı Azərbaycanın mədəniyyət paytaxtı elan edib. Şuşa Azərbaycanın dilbər güşələrindəndir, hər birimiz üçün əziz məkandır. Şuşa şəhəri tarixi-mədəni əhəmiyyətə və Azərbaycan xalqı üçün müstəsna mənəvi dəyərə malikdir. Uzun müddət Qarabağın inzibati mərkəzi olmaqla yanaşı, həm də çox mühüm iqtisadi mərkəz olub. Bu gün yenidən canlanan Şuşa Azərbaycan mədəniyyətinin beşiyidir.
Konfrans öz işini tarix, arxeologiya, etnoqrafiya və antropologiya bölmələrində davam etdirib.
Arxeologiya bölməsi
Tarix elmləri doktoru Əsədulla Cəfərov,tarix elmləri doktoru.,professor Arif Məmmədov,tarix elmləri doktoru,professor Hidayət Cəfərov,tarix üzrə fəlsəfə doktoru.,dosent Diana Cəfərov, tarix üzrə fəlsəfə doktoru.,dosent Bəxtiyar,Cəfərov, tarix üzrə fəlsəfə doktoru Vüsalə Qasımova, tarix üzrə fəlsəfə doktoru Gülana Alıyeva,Orxan Zamanov, tarix üzrə fəlsəfə doktoru.,dosent Taleh Əliyev,tarix üzrə fəlsəfə doktoru.,dosent Vəfa Mahmudova,Lola Hüseynova, tarix üzrə fəlsəfə doktoru.,dosent Mikayıl Mustafayev, tarix üzrə fəlsəfə doktoru Akif Quliyev,Arif Quliyev, tarix üzrə fəlsəfə doktoru Teymur Quliyev.
Tarix bölməsi
Tarix elmləri doktoru, professor Tofiq Mustafazadə, tarix elmləri doktoru.,professor Camal Mustafayev, tarix üzrə fəlsəfə doktoru.,dosent Güntəkin Nəcəfli, tarix üzrə fəlsəfə doktoru.,dosent Məhəmməd Səlmasizadə, tarix üzrə fəlsəfə doktoru Bəxtiyar Həsənov,tarix üzrə fəlsəfə doktoru.,professor İradə Bağırova, tarix üzrə fəlsəfə doktoru.,dosent Nigar Maksvell, tarix üzrə fəlsəfə doktoru.,dosent Natiq Məmmədzadə,tarix elmləri doktoru,dosent Vaqif Abışov,tarix üzrə fəlsəfə doktoru Raisa Cəfərova, tarix üzrə fəlsəfə doktoru Ədalət Mustafayev,Səbuhi Hüseynov.
Etnoqrafiya və antropologiya bölməsi
Tarix üzrə fəlsəfə doktoru, dosent İlhamə Məmmədova, tarix üzrə fəlsəfə doktoru,professor Nərgiz Quliyeva;Bahar Əmənova, tarix üzrə fəlsəfə doktoru,dosent Pirağa İsmayılzadə, tarix üzrə fəlsəfə doktoru, dosent Pərvin Ahənçi Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa, onun tarixi,arxeologiyası, 44 günlük Vətən müharibəsində qazandığımız Zəfər və digər mövzuları əhatə edən geniş məruzə ilə çıxış ediblər. ©Bütün hüquqlar qorunur.
Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir