AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Şuşanın tarixi-mədəni irsinə qarşı erməni vandalizmi

21.02.2022 11:49

Qarabağ Azərbaycan xalqının tarixi-mədəni irsinin zəngin olduğu ərazidir. Onun hər yerində Azərbaycan xalqının silinməz izləri var. Qarabağın tarixi-mədəni abidələrinə qarşı vandalizm tədbirləri həyata keçirən toplum isə ermənilərdir. Birinci Qarabağ müharibəsi nəticəsində ermənilərin Qarabağda və Şərqi Zəngəzurda azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımları, yaşayış məntəqələri ilə yanaşı memarlıq abidələrini məhv etmələri də bunu əyani şəkildə sübut edir. Bu fikirləri Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun böyük elmi işçisi Ramin Əlizadə deyib. O bildirib ki, Şuşanın işğalından sonra ermənilərin burada azərbaycanlılara aid tarixi və dini abidələri viran qoyması nəticəsində şəhər öz tarixi simasını itirmək təhlükəsi ilə üz-üzə qaldı. 1748-ci ildə türk soylu Sarıcalı tayfasının Cavanşir nəslindən olan Pənahəli xan Qarabağ xanlığının əsasını qoyduqdan sonra özünə hərbi-siyasi mərkəz kimi bir neçə qala - Bayat, Şahbulaq və Əsgəranı inşa etdirdi. Lakin müdafiə məqsədilə daha hündür yerdə inşa etdiyi və Qarabağ xanlığının mərkəzinə çevirdiyi qala əsası 1752-ci ildə qoyulan Şuşa qalası oldu. Şuşa qalasının tikintisi başa çatdıqdan sonra burada bir sıra yaşayış evləri, saraylar, keşikçi qüllələri, bazar meydanı və məscidlər inşa edildi. Şuşada ilk dini abidə Pənahəli xanın əmri ilə inşa edilən Cümə məscididir. Bu məscid sonradan dağıldığı üçün Pənahəli xanın oğlu İbrahimxəlil xan hakimiyyətə gəldikdən sonra onun yerində 1768-1769-cu illərdə yeni Cümə məscidi tikdirdi. 1822-ci ildə çar Rusiyası tərəfindən Qarabağ xanlığına son qoyulduqdan sonra buradakı ermənilər ruslara arxalanaraq Şuşanın yerli əhalisi azərbaycanlılara məxsus olan İslam mədəniyyəti abidələrini məhv etməyə başladılar. İbrahimxəlil xanın tikdirdiyi Cümə məscidi bu dövrdə yararsız vəziyyətə salındı. 1883-cü ildə bu məscid İbrahimxəlil xanın qızı, Qarabağın məşhur xeyriyyəçilərindən olan Gövhərağa xanımın maddi vəsaiti ilə məşhur memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən yenidən inşa edildi. Bundan sonra Şuşanın ən qədim məscidi olan Cümə məscidi Yuxarı Gövhərağa məscidi kimi tanınmağa başladı. 1992-ci ilin mayında ermənilər Şuşa şəhərini işğal etdikdən sonra Şuşada olan İslam mədəniyyəti abidələrinin əksəriyyəti kimi bu məscid də viran edildi. Aşağı Gövhərağa məscidi Şuşanın ikinci Cümə məscididir. 1874-1875-ci illərdə İbrahimxəlil xanın qızı Gövhərağanın maddi vəsaiti ilə memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən inşa edilib. Məscid xalq arasında Aşağı Gövhərağa məscidi kimi tanınıb. Şuşanın Saatlı məhəlləsində yerləşən Saatlı məscidi 1883-cü ildə Kərbəlayi Səfixan Qarabağinin layihəsi əsasında inşa edilib. Rəngarəng kərpiclərdən naxışvari formada inşa edilən minarəsi ilə məşhur olan bu məscid 1992-ci ildə Şuşanın ermənilər tərəfindən işğalından sonra yararsız vəziyyətə salındı. Erməni əsgərləri tərəfindən məscidin minarəsinin başlığı və içərisi dağıdıldı. Şuşada ermənilər tərəfindən 1905-1906-cı illərdə dağıdılan Köçərli məscidi sonradan azərbaycanlılar tərəfindən bərpa edildi. Lakin 1992-ci ildə Şuşanı işğal edən ermənilər yenidən bu məscidi dağıtdı və ərazisində donuz saxladılar. Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərdə hazırda bərpa-quruculuq işləri aparılır, o cümlədən Şuşa məscidləri də əsaslı təmir edilir. ©Bütün hüquqlar qorunur

Возможно, это изображение (на открытом воздухе, памятник и текст «Aşağı Gövhar ağa mascidi ermani işğalı dövründa»)

                                                                                    Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir

Paylaş: