22.02.2022 17:09
İlk öncə Tarix İnstitutu haqqında qonaqlara məlumat verən Kərim Şükürov dostluq və işgüzar münasibətləri yüksək qiymətləndirərək, elmin inkişafı üçün ikitərəfli əlaqələrin möhkəmlənməsinin müsbət təsirini vurğulayıblar.
Tarix İnstitutunun Beynəlxalq əlaqəqlər şöbəsinin müdiri İradə Qurbanova qarşılıqlı əməkdaşlığın əhəmiyyətindən danışaraq,gələcək birgə fəaliyyətin vacibliyini bildirib.
Daha sonra Tarix İnstutu və Səfirlik arasında faydalı əməkdaşlığın qurulması üçün perspektiv imkanlar müzakirə olunub
Səfirliyin birinci katibi Bəhram Qaipov Özbəkistan və Azərbaycanın qardaş ölkə kimi əlaqələrinin tarixi keçmişə malik olmasını vurğulayıb və iki ölkənin mədəniyyəti, dili və adət-ənənələrində bənzərliyin olduğunu söyləyib. Birinci katib iki ölkə arasında elmi sahədə tədbirlər planlaşdırıldığını söyləyib.Özbəkistan səfirliyinin rəsmisi Tükdilli dövlətlərdən olan Özbəkistan və Azərbaycan arasında dostluq və qardaşlıq əlaqələrinin inkişaf etdirilməsi, elm,mədəni əlaqələrin gücləndirilməsinin əhəmiyyətini vurğulayıb. Bugünkü tarixi reallıqda iki qardaş xalqın tarixinin araşdırılması, Özbəkistan və Azərbaycan tarixində baş verənlərin dünya ictimaiyyətin diqqətinə çatdırılmasının olduqca vacib olduğunu deyib.
Tərəflər qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparıblar.
©Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir