25.02.2022 15:57
Tarix İnstitutunda Xocalı faciəsinin 30-cu ildönümünə həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə şəhidlərin, Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
Tədbirdə Tarix İnstitutunun İcraçı drektoru Cəbi Bəhramov Xocalı faciəsinin dəhşətlərindən danışıb. Qeyd edib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilər 366-cı motoatıcı hərbi alayının köməyi ilə Xocalı şəhərinə hücum ediblər. Xocalıda 613 nəfər günahsız insan, o cümlədən 63 uşaq qətlə yetirilib. C.Bəhramov bu faciənin 30 il müddətində xalqımız tərəfindən unudulmadığını, aparılan elmi tədqiqatlar nəticəsində üzə çıxarılan həqiqətlər və bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasından ,bu faciə ilə bağlı dünyanın bir çox ölkələrində abidələrin ucaldığından və onun soyqırımı cinayəti kimi tanınması ilə bağlı həmin ölkələrinin qanunverici orqanları tərəfindən qərarların qəbul edilməsindən söhbət açdı.
Daha sonra tarix elmləri doktoru,professor Mais Əmrahov,tarix üzrə fəlsəfə doktoru,dosent İlqar Niftəliyev,tarix üzrə fəlsəfə doktoru Mübariz Ağalarov,Nazim Vəlişov və tarix elmləri doktoru ,şair Şahin Fərzəliyevə verildi. Onlar öz çıxışlarında Xocalı və digər soyqırımı cinayəti faktlarının orta və ali məktəb dərsliklərində olduğu kimi verilməsini, gələcək nəsillərə onları olduğu kimi çatdırılmasını təklifi ilə çıxış etdilər
©Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir