AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Milli Xalça Muzeyində Emin Məmmədovun yeni əl işlərinin təqdimatı keçirildi.

05.03.2022 09:15

Martın 3-də Azərbaycan Milli Xalça Muzeyində Kanadada yaşayan soydaşımız, tanınmış silah ustası Emin Məmmədovun muzeyə bağışladığı yeni əl işlərinin təqdimatı keçirildi.

Təqdimatda çıxış edən Tarix İnstitutunun baş direktoru, tarix üzrə elmlər doktoru, professor Kərim Şükürov Azərbaycanda silah sənətinin çox dərin kökləri olduğunu söylədi. Bildirdi ki, silah nümunələri hərb tariximizin simvolu olmaqla yanaşı, gözəl bədii tərtibatı ilə sənət əsəri kimi də qiymətlidir.

Qeyd edək ki, Kanada vətəndaşı olan Emin Məmmədov Azərbaycanın qədim silahsazlıq sənəti ənənələrini yaşadır, bu sahədə tədqiqat və təbliğat aparır. O, 2021-ci ildə UNESCO tərəfindən Parisdə təşkil olunan “Sülh üçün mədəniyyət” (Culture for Peace) müsabiqəsində birinci yerə layiq görülüb.

©Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir

Paylaş: