18.03.2022 10:00
Martın 17-də Sumqayıt Dövlət Universitetində “Qarabağın tarixi: siyasi, iqtisadi, mədəni aspektlər” mövzusunda Beynəlxalq elmi konfrans onlayn formatda öz işinə başladı.
Konfransda Millət vəkili, professor Anar İsgəndərov , Türkiyə, Rusiya, Gürcüstan və digər ölkələrin aparıcı universitetlərinin alimləri ilə yanaşı,tarix institutunun əmədaşlarıda iştirak edib. Tarix üzrə fəlsəfə doktoru Yaqut Əmirova konfransın birinci günündə " II Vətən müharibəsində Azərbaycan-Türkiyə qardaşlığı"mövzusunda geniş məruzə ilə çıxış edib .
Konfrans öz işini 3 bölmə üzrə iki gün davam etdirəcək.
©Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir