AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Tarix İnstitutunda 27 mart “Elm günü “ilə bağlı "Müasir elmi çağırışlar və tarix " mövzusunda seminar keçirilib.

29.03.2022 16:39

Azərbaycan Respublikasının Prezidentinin imzaladığı 2018-ci il 9 aprel tarixli Sərəncamına əsasən martın 27-si respublikada “Elm günü” kimi qeyd edilir. Bu münasibətlə 2022-ci il martın 29-da AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunda “Elm günü “ilə bağlı "Müasir elmi çağırışlar və tarix " mövzusunda seminar keçirilib.

Seminarı giriş sözü ilə açan Tarix İnstitutunun icraçı direktoru Cəbi Bəhramov bildirdi ki,2018-ci il 9 aprel tarixli Sərəncamı ilə martın 27-sinin ölkəmizdə “Elm günü” kimi təsis edilməsinin elmi ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanıb və artıq dördüncü ildir ki,bu tarix elm sahəsində çalışanların peşə bayramı kimi qeyd olunur. O qeyd etdi ki, bu cür tədbirlərin keçirilməsi gənc nəsildə elmə olan marağın artmasına və onların gələcəkdə mütəxəssis kimi yetişməsinə müsbət təsir göstərəcək.

Daha sonra məruzə üçün söz tarix üzrə fəlsəfə doktoru,dosent Tamella Kərimova verildi.O,məruzəsində Azərbaycan milli akademik tarix elminin yaranması və inkişafı tarixindən söz açaraq onun əldə etdiyi nailiyyətlərdən və hazırda qarşısında duran problemlərdən söz acdı.

Sonra məruzə ətrafında muzakirələr başladı.Tarix elmləri doktoru,dosent İradə Bağırova , tarix elmləri doktoru,professor Mais Əmrahov və t.ü.f.d.dos. Nigar Maksvell çıxış etdilər. Mövzunun müzakirəsinin növbəti elmi seminarlarda davam etdirilməsi təklif edildi və qəbul olundu.Seminarda yekun sözü ilə icraçı direktor Cəbi Bəhramov çıxış etdi.

©Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir

Paylaş: