31.03.2022 16:01
Konfransı Tarix İnstitutunun icraçı direktoru tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov giriş sözü ilə açaraq qeyd etdi ki,artıq 24 ildir ki, Azərbaycan xalqı 31 mart gününü azərbaycanlıların soyqırımı günü kimi dövlət səviyyəsində qeyd edir.Bu günü biz 2-ci ildir ki,44 günlük müharibədə erməni faşizmini məhv etmiş qalib xalq və qalib dövlət kimi qeyd edirik.O,bildirdi ki 1918-ci ilin mart-avqust aylarında Şimali Azərbaycanın Bakı, Şamaxı, Quba, Qarabağ,Zəngəzur,İrəvan, Lənkəranda, Göyçay şəhərləi və digər ərazilərində o cümlədən Cənubi Azərbaycanda erməni silahlı dəstələrinin törətdiyi qanlı cinayətlər nəticəsində qadınlar, uşaqlar və yaşlılar da daxil olmaqla, ümumilikdə 950 mindən çox azərbaycanlı qətlə yetirilib. Qədim Azərbaycan torpağı olan İrəvan şəhərində və onun ətrafında 199 kənd dağıdılıb, 132 min azərbaycanlı qətlə yetirilib. Bu soyqırımı aktının törədildiyi tarixdən bir əsrdən artıq zaman keçməsinə baxmayaraq, o qanlı hadisələr unudulmayıb və xalqımızın qan yaddaşında silinməz iz qoyub.Xalqımıza qarşı törədilən bu cinayətləri biz heç zaman unutmamalıyıq.
Sonra çıxış üçün söz tarix üzrə fəlsəfə doktoru Kamran İsmayılova verildi.O, erməni quldurlarının Zəngəzurda və Naxçıvan diyarında azərbaycanlı əhaliyə qarşı törədilən soyqırımı cinayətləri mövzusunda danışaraq qeyd edib ki, 1918-ci ilin mart soyqırımları xalqımız üçün ən faciəli səhifələrindən biri oldu. Stepan Şaumyanın birbaşa rəhbərlik etdiyi terrorçu daşnak dəstələri təkcə Bakıda deyil, eyni zamanda Şamaxıda, Qubada, Xaçmazda, Lənkəranda, Naxçıvanda, Dərələyəzdə, Zəngəzurda və digər bölgələrdə xalqımıza qarşı qəddarcasına soyqırım həyata keçirdi.
Daha sonra çıxış üçün söz tarix üzrə fəlsəfə doktoru İlqar Niftəliyevə verildi.O,qeyd etdi ki,erməni canilərinin İrəvan quberniyası ərazisində azərbaycanlılara qarşı törədikləri soyqırımı cinayətləri xalqımıza qarşl törədilən ən ağır cinayət hesab edilməlidir.Burada 57 min 240 nəfər azərbaycanlı məhv edilmişdir.
Bundan sonra çıxış üçün söz tarix elmləri doktoru Mais Əmrahova verildi .M.Əmrahov 1920-ci ildən sonra da Azərbaycan xalqına qarşı soyqırımı cinayətlərinin törədildiyini söylədi və problemlə bağlı yeni faktların aşkar edildiyini bildirdi, “Bakı Soveti azərbaycanlı əhaliyə qarşı soyqırımı cinayətlərinin təşkilatçısı kimi” mövzusunda məruzə ilə tarix üzrə fəlsəfə doktoru Rəşad Rüstəmov çıxış etdi .
Sonra söz tarix üzrə fəlsəfə doktoru Nüşabə Məmmədovaya verildi.O öz çıxışında Azərbaycan xalqına qarşı törədilən bu soyqırımı cinayətlərini bütün dünya ictimaiyyətinə çatdırmağın vacibliyini qeyd etdi və özünün bu istiqamıtdə gördüyü işlərdən söhbət açdı.
Konfrans institutun icraçı direktoru tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramovun yekun sözü ilə başa çatdı
©Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir